Sual: Həsənətlər (savablar) artdığı kimi, həmçinin günahların (seyyiət) Ramazanda artması doğrudurmu? Bunun dəlili nədir?
Cavab:
Həmd Allaha məxsusdur.
Bəli. Müəyyən vaxtlar və məkanlarda həm savablar, həm də günahlar artır. Lakin savablar ilə günahların artması arasında fərq var. Savablar həm kəmiyyət, həm də keyfiyyət cəhətdən artır. Kəmiyyətdən qəsd olunan ədəddir. Savablar (həsənətlər) on qat və ya ondan çox artmaqdadır. Keyfiyyətdən qəsd olunan savabın böyüməsi və çoxalmasıdır. Günahlar isə yalnız keyfiyyət baxımından artır, yəni, günahı daha böyük və cəzası isə daha şiddətli olur. Kəmiyyət baxımından isə günaha bir günah yazılır və birdən artıq ola bilməz.
Məta`lib Uli əl-Nəhy (2/385) əsərində deyilir: "Savablar və günahlar Məkkə, Mədinə və Beytu`l-Məqdis (Qüds) kimi fəzilətli yerlərdə, məscidlərdə və Cümə günü kimi fəzilətli zamanlarda, müqəddəs aylarda və Ramazanda artır. Savabların artması ilə əlaqədar alimlər arasında ixtilaf yoxdur. Günahlarım artmasına gəldikdə isə, bir dəstə camaat İbn Abbas və İbn Məsudun rəyini götürmüşdür... Bəzi mühəqqiqlər (təhqiq (araşdırma) edən alimlər) demişdir: İbn Abbas və İbn Məsudun sözlərindən qəsd olunan günahların kəmiyyət baxımından deyil, keyfiyyət baxımından artmasıdır.
Şeyx ibn Bəzzdən rahiməhullah soruşdular:
" Müsəlman oruc tutduqda həm kiçik, həm də böyük günahlarının kəffarəsi (silinməsi) hasil olurmu? Pis əməllərin günahı Ramazanda artırmı?
O belə cavab verdi: Ramazan ayında və digər aylarda müsəlmanın üzərinə düşən borcu, şər əməlləri əmr edən nəfsinə qarşı hətta o sakit (mutmain) olana qədər və xeyri əmr edərək ona rəğbət göstərənə kimi nəfsi ilə cihad etməkdir. Allahın düşməni iblisin şərrindən və vəsvəsələrindən salamat qalana qədər ona qarşı mübarizə aparmalıdır. Bu dünyada müsəlman nəfsinə, şəhvətlərinə və şeytana qarşı əzəmətli, daima davam edən cihaddadır. Ona görə də tövbə etməyi və istiğfarı (bağışlanma istəməyi) bütün vaxtlarda və anlarında çoxaltmalıdır. Lakin vaxtlar biri-digərindən fərqlənir. Ramazan ayı ilin ən fəzilətli ayıdır. Bu ay bağışlanma (məğfirət), rəhmət və Cəhənnəm odundan xilas olma ayıdır. Bir halda ki, ay və yer fəzilətlidir, o zaman yaxşı əməllərin savabı artacaq və pis əməllərin isə günahı böyüyəcəkdir. Ramazanda edilən pis əməllərin günahı digər vaxtlarda ediləndən böyükdür. O cümlədən, Ramazanda edilən itaət digər vaxtlarda edilən itaətdən savab baxımından daha çoxdur. Ramazanın belə əzəmətli yeri olduğundan, bu ayda edilən itaətlərin fəziləti əzəmətli və mükafatı isə çoxdur. Bu ayda edilən asiliklərin günahı digər vaxtlarda edilən günahlardan daha şiddətli və daha böyükdür. Elə isə müsəlman bu mübarək ayda itaət və saleh əməllər etməklə bu aya etina göstərməli və günah əməllərin qapısını bağlamalıdır ki, ola bilsin Allah təala onun saleh əməllərini qəbul etməklə onu nemətləndirsin və haqq üzərində istiqamət üzrə olması üçün onu müvəffəq etsin. Lakin pis əməllərə daima bir günah yazılır və miqdarı artmır, nə Ramazanda, nə də digər vaxtlarda. Lakin həsənətlər on və yaxud daha çox misli ilə artır. Allah təala Ənam surəsində buyurur: "Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər" (Ənam,160).
Bu mənada ayələr çoxdur.
Həmçinin Harameyn (İki müqəddəs yer, Məkkə və Mədinə) kimi fəzilətli məkanlarda savablar həm kəmiyyət, həm də keyfiyyət baxımından çoxalır; yuxarıda işarə olunduğu kimi müəyyən vaxtlarda və yaxud fəzilətli məkanlarda işlənən günahlar kəmiyyət cəhətdən deyil, keyfiyyət cəhətdən artır. Müvəffəq edən Allahdır.
Məcmu`Fəta`va va Məqa`la`t Mutanavvi`əh, 15/446
Şeyx Useymin rahiməhullah əl-Şərh əl-Mumti` əsərində 7/262-də buyurur:
"Həsənətlər (savablar) həm kəmiyyət, həm də keyfiyyət baxımından artır. Seyyiətlər (günahlar) isə kəmiyyət baxımından deyil, keyfiyyət baxımından artır.Çünki Allah təala Məkkədə nazil olan Əna`m surəsində buyurur:
"Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər" (Ənam,160).
Həmçinin Allah təala buyurur: "Kafir olub (insanları) Allah yolundan, həm yerlilər, həm də gəlmələr üçün (qiblə, məbəd) etdiyimiz Məscidülhəramdan döndərənlərə və orada zülmə, haqsızlığa meyl etmək istəyənlərə də şiddətli əzabdan daddıracağıq!" (əl-Həc, 22:25)
Allah təala "Biz (əzabı) onun üçün artıracağıq" deyil, "şiddətli əzabdan daddıracağıq" buyurdu. Məkkə və yaxud Mədinədə edilən günahlar keyfiyyət yönündən artır (Yəni, cəza və əzab cəhətdən daha şiddətli olur ).
Tarix: 04.05.2013 / 18:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 228 Bölmə: Ramazan