Ramazanın ilk günü ilə birlikdə nur və fəzilət dolu bir mövsüm yaşamağa başlayırıq. Kainat şənlənir, dünya Cənnətdən süzülən nurani bir hava ilə dolub daşır. Rəhmət ölkəsindən müjdələr, kainatın Rəbbindən salamlar və məğfirət ümidləri gətirir, Ramazan ayı…
Müqəddəs kəlamın nazil olmasını möminlərlə birlikdə cinlər, mələklər, ağacı, çiçəyi, böcəyi, qurdu, quşu, dənizi və dəryasıyla yaşlı dünyamız da qeyd edir. Görünən və görünməyən aləmlərdə tam mənası ilə bir bayram havası yaşanır.
Bu ayın Allah Təala qatında müstəsna bir yeri vardır. Uca Rəbbimiz mömin qullarına sonsuz rəhmətini bəxş edir. Başda Qurani Kərim olmaqla! Tövrat, Zəbur və İncil kimi digər səmavi kitabların da bu ayda endirilməsi, bu günlərin qiymət və müqəddəsliyini artıran digər bir xüsusiyyətdir.
Möminlər ilahi bir ehsan olaraq bu günləri gözəl bir fürsət bilərək dəyərləndirər, Rəblərinə olan qulluq dərəcələrini göstərər, ona yaxın olmaq üçün böyük səylə ixlas və şüurla ibadət və itaətə qaçarlar.
Bunun nəticəsi əlbəttə qarşılıqsız qalmayacaqdır. Oruc tutub, Ramazan ayını qulluq şüuru içində keçirənlər çox nemətlərə nail olurlar.
Ubadə bin Samit rəvayət edir: Ramazan ayı başlandığı gün
Rəsulullah Aləyhissalatu Vəssəlam belə buyurdu:
"Bərəkət ayı olan Ramazan gəldi. Artıq Allahın rəhməti sizi bürüyür. O ay, yer üzünə bol-bol rəhmət enər. Günahlar əfv edilər. Dualar qəbul olunar. Allah sizin yaxşılıq və ibadətdə yarışmağınıza baxar, bununla mələkləri yanında iftixar edər. Elə isə qulluğunuzla özünüzü Allaha sevdirin. Əsil bədbəxt olan, bu ayda Allahın rəhmətindən nəsibini almayandır.”
Ramazan hər cəhəti ilə ibadət mösümüdür. Hər mömin namazı, orucu, yaxşılıqları və duasıyla bu rəhmət və bərəkətdən nəsibini almağa çalışar. Bilərək və ya bilməyərək etmiş günahları üçün Allahdan əfv diləyər, Rəbbinə niyaz edər:
Allahu Təala da qulunun bu səmimi dua və niyazını qaşılıqsız qoymaz, günahlarını əfv edər, rəhmətinə qərq edər.
Ey insanlar böyük və mübarək bir ay yaxınlaşdı, kölgəsi başımızın üstünə düşdü. Bu elə bir aydır ki, içində min aydan daha xeyirli Qədr gecəsi vardır. Allah o mübarək ayın gündüzlərində orucu fərz, gecələrində nafilə namazı haqlı qıldı. Bu ayda kiçik-böyük xeyir iş görən insan, başqa aylarda bir fərz əda etmiş kimi savab alar.
Bu ayda bir fərzi yerinə yetirmək , başqa aylarda yetmiş fərz yerinə keçir.
Bu ay Allah üçün aclıq və susuzluğun, itaət və ibadətin məşəqqətlərinə səbr və təhəmmül ayıdır. Səbrin qarşılığı Cənnətdir.
Bu ay yardımlaşmaq ayıdır.
Bu ay möminlərin ruzilərini artıran aydır.
Bu ayda hər kim oruclu bir möminə iftar etmək üçün bir şey verərsə, etdiyi günahların bağışlanmasına və Cəhənnəmdən qurtulmasına səbəb olar. Oruclunun savabından heç bir şey əskik olmadan onun qədər savaba qovuşar.”
Peyğəmbərimiz(sav) buyurmuşdur:
"Bu ayın başı rəhmət, ortası məğfirət, sonu da Cəhənnəmdən qurtuluşdur"
Dəyərli Bacı və Qardaşlarım
Bunun üçün bu ayda bu söyləyəcəyim dörd xisləti artıqlamasıyla özünüzdə cəmləşdirin:Bu dörd xislətdən ikisi ilə Rəbbinizi razı edərsiniz, digər ikisinə isə hər zaman ehtiyacınız var.
Rəbbinizin rizasına səbəb olan xislətlərin biri, kəlimeyi-şəhadətə davam etməyiniz, digəri də Allahdan məğfirət diləməyinizdir.
Digər iki xislətdən biri Allahdan cənnəti istəmək, digəri isə Cəhənnəmdən Allaha sığınmaqdır.
Tarix: 04.05.2013 / 18:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 274 Bölmə: Ramazan