“Mübarək Ramazan ayı , çox şərəfldir. Bu ayda edilən, nafilə namaz, zikr, sədəqə və bütün nafilə ibadətlərə verilən savab, başqa aylarda edilən fərzlər kimidir. Bu ayda bir orucluya iftar verənin günahları əfv olar. Cəhənnəmdən azad olar. O orculunun savabı qədər, savab verilər. O oruclunun savabı isə heç azalmaz.”
Bu ayda, əmri altında olanların, işlərini yüngülləşdirən, onlara ibadət etməkdə asanlıq göstərənlər də əfv olar.Cəhənnəmdən azad olar. Ramazan ayında, Rəsulullah, əsirləri azad edər, hər istənilən şeyi verərdi. Bu ayda ibadət və yaxşı iş edə bilənlərə, bütün il boyu yaxşı işlər görmək nəsib olar.
Bu ayı bir fürsət bilməliyik. Əlimizdən gəldiyi qədər ibadət etməliyik. Allahu Təalanın razı olduğu işlər görülməlidir. Bu ayı hər birimiz axirəti qazanmaq üçün bir şans bilməliyik.
Qurani Kərim , Ramazanda endi. Qədr gecəsi, bu aydadır. Ramazanda, iftarı erkən, səhuru gec yemək sunnətdir. Rəsulullah bu iki sunnətə çox diqqət yetirərdi.
İftarda tələsmək və səhuru gecikdirmək, bəlkə də insanın acizliyini, yeyib-içmək və hər şeyə möhtac olduğunu göstərir.
Xurma ilə iftarı açmaq sunnətdir. İftar edərkən (Zəhəbəz-zama vəbtəllət-il uruk və səbət-əl-əcr inşaallahu Təala) duasını oxumaq, təravih namazı qılmaq sunnətdir.
Bu ayda, hər gecə, Cəhənnəmdən minlərcə müsəlman azad olar. Bu ayda Cənnət qapıları açılır. Cəhənnəm qapıları bağlanır. Şeytanlar zəncirə vurulur. Rəhmət qapıları açılır. Allahu Təala, bu mübarək ayda Onun Şəninə yaraşan qulluğu etməyi və Rəbbimizin razı olduğu, bəyəndiyi yolda olmağı, hər birimizə nəsib eyləsin!Amin.
Namaz qılmayanın da, oruc tutmağı və haramdan qaçmağı gərəkdir. Bunların orucu qəbul olar və imanlı olduqları aydınlaşar.
Mübarək vaxtlarda, günahlardan uzaq olmağa xüsusi diqqət yetirməli, ibadətləri və xeyir işlər artırmalıyıq. Allahu Təala, tərəfindən sevilən bir insan, fəzilətli vaxtlarda fəzilətli əməllərlə məşğul olmalıdır.
Ramazan ayında oruc tutmaq böyük savabdır. Səbəbi olmadan orucu tərk etmək isə günahdır. Bir hədisə: “Səbəbsiz, Ramazan ayında bir gün oruc tutmayan, bunu yerinə bütün il boyu oruc tutsa belə, Ramazandakı bir günün savabına çatmaz” buyurulur. (Tirmizi)
Ramazanda oruc tutmaq haqqında bir neçə hədisi şərif:
(Ramazan ayı mübarək bir aydır. Allahu Təala, sizə Ramazan orucunu fərz qıldı. O ayda rəhmət qapıları açılır, cəhənnəm qapıları bağlanır, şeytanlar bağlanır. O ayda bir gecə var ki,min aydan qiymətlidir. O gecənin (Qədr gecəsinin) xeyirindən məhrum olan, hər xeyirdən məhrum olmuş sayılır. (Nəsai)
(Ramazan ayında oruc tutmağı fərz bilib, savabını da Allahu Təaladan gözləyərək oruc tutanın günahları əfv olar.) (Buxari)
(Ramaz orucunu tutub ölən insan, Cənnətə girər.) (Deyləmi)
(Ramazan ayı gələndə,“Ey xeyir əhli, xeyrə qaç! Şər əhli, sən də pisliklərdən əl çək! deyilər) (Nəsai)
(Ramazan ayı bərəkət ayıdır. Allahu Təala bu ayda , günahları bağışlayar, duaları qəbul edər. Bu ayın haqqını mühafizə edin! Ancaq cəhənnəmə gedən, bu ayda rəhmətdən məhrum olar.)(Təbərani)
(Fərz namazı, sonrakı namaza qədər; Cümə, sonrakı cüməyə qədər; Ramazan ayı, sonrakı Ramazana qədər olan günahların kəffarəsi olar.) (Təbərani)
(Ramazan orucu fərz , təravih sunnətdir. BU ayda oruc tutub, gecələri ibadətlə keçirənin günahları əfv olar.) (Nəsai)
(İslam, kəlimeyi-şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və həccə getməkdir.) (Müslim)
(Oruclu ikən çirkin, pis söz söyləməyin! Biri sizə sataşarsa, ona “Mən orucluyam” deyin!.) (Buxari)
(Həqiqi oruc, sadəcə yeyib-içməyi deyil, boş və ədəbsiz sözləri tərk edərək tutulan orucdur.) (Hakim)
(Allahu Təalanın, gözlərin görmədiyi, qulaqların eşitmədiyi və heç kimin xəyalına gəlməyən nemət dolu süfrəsində, ancaq oruclular oturar.) (Təbərani)
(Allah yolunda bir gün oruç tutanın üzünü, Allahu Təala yetmiş il atəşdən uzaqlaşdırar.) [Müslim]
(Təmizlik imanın yarısı, oruc da səbrin yarısıdır. (Müslim)
(Oruclu ikən ölənə, qiyamətə qədər oruc tutmuş kimi savab yazılar.) (Deyləmi)
(Oruclu ikən ölən Cənnətə girər.) (Bəzzar)
(Oruc şəhvəti kəsər.) [İ. Əhməd]
Tarix: 17.04.2013 / 14:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 362 Bölmə: Ramazan