Sual-Heyzli (aybaşı) olan qadın sübh namazından əvvəl heyzdən kəsilərsə sonra sübh namazının vaxtı çıxandan sonra qüsl alarsa onun orucunun hökmü nədir?
Cavab-Əgər onun heyzi sübh namazından əvvəl kəsiliblə orucu doğrudur. Əhəmiyyətli olan odur ki, qadın tam əmin olmalıdır ki, artıq o hezdən kəsilib. Buna görə də qadınlar Aişənin yanına gələr və pambıq gətirərdilər ki, Aişə baxsın görək heyzdən təmizlənib ya yox!? Aişə isə onlara belə deyərdi: "Siz tələsmətin, hətta ağ su görənədək gözləyin". Qadın heyzdən kəsilməsinə tam əmin olmalıdır. Əgər o heyzdən kəsilibsə bu zaman oruca niyət edə bilər hətta sübh namazının vaxtı çıxandan sonra qüsl alsa da onun orucu düzdür. Amma belə hallarda gərək qüslü tez alasan ki, sübh namazını vaxtı çıxmadan qıla biləsən.
Şeyx İbn Useymin (Allah ona rəhmət etsin!)
Tarix: 04.04.2013 / 21:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 138 Bölmə: Ramazan