Peyğəmbər-səllallahu aleyhi və səlləm -Ərəfə günü orucu haqqında belə buyurmuşdur: "Ərəfə gününün orucunun, (oruc tutan kimsənin) bir əvvəlki il ilə bir sonrakı ilin (kiçik) günahlarına kəffarə olacağına ümid edirəm" (Muslim).
Lakin Ərəfatda olan yəni həcc edən kimsənin, Ərəfə günü oruc tutması müstəhəb deyil. Çünki Peyğəmbər-səllallahu aleyhi və səlləm.-Ərəfatda oruclu olaraq vəqfəyə dayanmamış, əksinə insanlar özünün oruclu olmadığını görsünlər deyə bir qədəh süd içbdir.
Ərəfə günü orucunu Həccə getməyənər turur.
Ərəfə günü miladı tarixi ilə Oktybar ayının 25-dir.
Ərəfə günü həccdə olanlar və olmayanların oruc tutmasının hökmü nədir ?
Sual: Ərəfə günü həccdə olanlar və olmayanların oruc tutmasının hökmü nədir?
Cavab: Həccdə olmayanlar üçün Ərəfə günü oruc tutmaq müəkkəd (təkid olunan) sünnətdir. Allah Rəsulundan sallallahu aleyhi və səlləm Ərəfə gününün orucu barədə soruşduqda belə cavab vermişdir: “Allahdan umuram ki, bundan öncə və bundan sonra gələn ilin günahlarına bunu (Ərəfə orucunu) kəffarə etsin”. Başqa bir rəvayətdə: “Keçmiş və gələcək illərin günahlarına kəffarədir”.
Həccdə olanlara gəldikdə Ərəfə günü oruc tutmaq onlar üçün “Sünnət” deyil. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm Ərəfə Günü vəda həccində oruc tutmamışdır. Səhih Buxaridə Məymunə radiyallahu anhədən gələn rəvayətdə deyilir: “İnsanlar Rəsulullahın sallallahu aleyhi və səlləm Ərəfə Günü oruc tutması barədə şəkk içində idilər və ona bir qab süd göndərdim, o, sallallahu aleyhi və səlləm Ərəfədə durmuşdu, bundan içdi və insanlar ona baxırdı”. Sitatın sonu.
(Fətvalar Məcmusu, 20/404)
Tarix: 08.04.2013 / 20:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 148 Bölmə: Ramazan