Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QƏDR GECƏSİ HEYZ OLAN QADIN HANSI ƏMƏLLƏRİ EDƏ BİLƏR?

Sual: Heyz olan qadın Qədr Gecəsində nə edə bilər? Özünü ibadətə həsr etməklə savablarını artıra bilərmi? Əgər cavab "bəli"dirsə, o halda, o gecə qadın hansı əməlləri edə bilər?

Cavab: Həmd Allaha məxsusdur.

Heyzli qadın namaz, oruc, Kə`bəni tavaf etmək və məsciddə etikaf etməkdən başqa bütün ibadətləri edə bilər.

Peyğəmbərin sallallahu aleyhi və səlləm Ramazanın son on gününü ihya etməsi (gecə durması) varid olmuşdur. Əl-Buxa`ri (2401) və Muslim (1174) rəvayət edirlər ki, Aişə radiyallahu anhə dedi: "Ramazanın son on gecəsi gələndə, Peyğəmbər sallallahu aleyhi və səlləm cinsi əlaqədən çəkinər, gecəni ihya edər (gecə ibadət üçün qalxmaq) və ailəsini oyadardı".

Gecəni ihya etmək (qalxmaq) yalnız namaza xas deyil, əksinə bütün ibadətlərə şamil olunur. Alimlər belə təfsir etmişdirlər.

Əl-Ha`fiz demişdir: "Gecəni ihya etmək"-ibadətləri etmək üçün qalxmaq mənasını ifadə edir.

Əl-Nəvəvi demişdir: "Namaz və digər əməlləri etmək üçün qalxaraq gecəni keçirmək".

O Avn al-Mə`bu`d əsərində deyir: yəni, namazla, zikr ilə və Quran oxumaq ilə keçirmək".

Təhəccüd (qiyam) namazı insanın Qədr Gecəsində etdiyi ən əfzəl ibadətdir. Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: "Kim Qədr Gecəsini imanla və savabını umaraq keçirərsə, onun keçmiş günahları bağışlanar". (Əl-Buxa`ri, 1901; Muslim, 760).

Heyzli qadına namaz qılmaq qadağan olunduğundan, o digər itaətləri, namazdan başqa ibadətləri edə bilər. Məsələn:

1. Quran oxumaq və yaxud əzbərləmək.

2. Zikr:Təsbih, təhlil, təhmid və bunun kimi zikrlər. Sübhənallah, Lə ilə`hə illəllah, əl-Həmdu Lillə`h və s. Həmçinin Sübhənallah vəl həmdu Lillə`h, va lə ilə`hə illəllah, va Alla`hu Əkbər və Sübhanallahi va bihəmdihi, sübhənallahil Azi`m kəlimələri və s. edə bilər.

3. İstiğfar: (bağışlanmaq üçün dua etmək)-Əstəğfirullah kəliməsini çoxaltmaq.

4. Dua: Allaha dua etmək və bu dünya və axirəti üçün xeyirli olanı istəmək , çünki dua ən əfzəl ibadətlərdəndir. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:"Dua ibadətin özüdür". (əl-Tirmizi, 2895 rəvayət etmişdir; Şeyx Albani rahiməhullah Sa`hih əl-Tirmizidə, 2370 hədisə səhih demişdir).

5. Heyzli qadın bu ibadətləri və digərlərini Qədr Gecəsi edə bilər.

Allahdan diləyimiz budur ki, Onun sevdiyi və razı qaldığı şeyləri etməyə bizə kömək etsin. Allahım bizim saleh əməllərimizi qəbul et.


Tarix: 04.05.2013 / 18:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 188 Bölmə: Ramazan
loading...