Ramazan ayının başlanması münasibətiylə bütün momin və möminələri təbrik edirik və bu ayın fəzilətlərindən istifadə etməkdə uğurlar diləyirik.
Orucun möminlərə vacib olmasını Allah Taala Bəqərə surəsinin 183-cü ayəsində buyurmuşdur:,, Ey İman gətirənlər, Sizdən əvvəlkilərə oruc yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı (ki), bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz.
Oruc dörd qismdir:
1. Vacib oruclar
Ramazan ayının orucu
Qəza orucu
Kəffarə orucu
İsticarə orucu ( muzd almaqla meyyitin orucunu tutmaq )
Etikafin üçüncü gününün orucu ( Etikaf müəyyən şərtlərlə məscidə qalmağa deyilir)
Həcc qurbanlığı əvəzinə tutulan oruc
Nəzr vasitəsiylə vacib olan oruclar
Böyük oğula vacib olan ata-ananın qəza orucu
2. Haram oruclar
Fitr bayramı günü (Şəvval ayının 1-i)
Qurban günü ( Zilhiccə ayının 10-cu günü)
Günah iş üçün nəzr edilən oruc
Mina dağında olan insanın Təşriq günlərinin orucu ( Zilhiccə ayının 11,12,13)
Sükut orucu ( gün ərzində heç kimlə danişmayıb sakit qalmağı niyyət etmək)
Vusal orucu ( İftar və o başdan yemədən iki gün ardıcıl oruc tutmaq)
Şaban ayının axırı Ramazanın əvvəli niyyətiylə oruc tutmaq
Ata-ananın əziyyətinə səbəb olan övladın müstəhəbb orucu
Ərin arvada qadağan etdiyi müstəhəbb oruc
3. Müstəhəbb oruclar
Haram və məkruh olan günlərdən başqa ilin bütün günlərini oruc tutmaq
Həftənin cümə axşamı və cümə günü
Həzrəti Peyğəmbərin (s) məbəs günü ( 27 rəcəb )
Qədir Xum günü ( 18 zilhəccə )
Həzrəti Peyğəmbərin (s) viladət günü (17 rəbiul-əvvəl)
Zilhəcə ayının 1-dən 9-na qədər
Ərəfə günü
Məhərrəm ayının 1 və 3-cü günləri
Rəcəb və Şaban ayının bütün günləri
Fərvərdin ayinin 1-i
Hər ayin 13,14 və a5-ci günləri
4. Məkruh oruclar
Ev sahibinin icazəsi olmadan qonağın müstəhəbbi orucu
Ev sahibinin qadağan etdiyi qonağın müstəhəbb orucu
Aşura günü
Ərəfə və ya Qurban gününü bilməyən insanın orucu
Tarix: 08.01.2013 / 11:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 528 Bölmə: Ramazan