Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yay meyvələrinin faydası

Yay meyvələri dərini qorumaqla yaddaş zəifliyinə və halsızlıq kimi problemlərə yaxşı təsir göstərir. Bu baxımdan yay meyvələrindən daha çox istifadə etmək olar.
Yay meyvələrindən şaftalı bədəndə olan zəhərli maddələrin çölə atılmasına kömək edir. Bu meyvə su, mineral duzlar və şəkər baxımından zəngindir.
Şaftalını alarkən xüsusilə qoxulu olanını seçmək lazımdır.
Şaftalı şirəsini ürək ritminin pozulması, qanazlığı, azalmış turşuluq dərəcəsi ilə qarın xəstəlikləri zamanı qəbul olunur. Həmçinin şlakların orqanizmdən kənarlaşdırılmasına təsirlidir. Dərini qidalandırır və onun hüceyrələrinin yeniləşməsinə kömək edir. B və C vitamini anbarı olan şaftalı, kalium baxımından zəngindir. Tərkibində A vitamini, kalsium, maqnezium, natrium, dəmir və fosfor mineralları saxlayır.
Şaftalı dərini nəmləndirməklə yanaşı ağızda olan pis qoxunu azaldır, qurd xəstəliyini müalicə edir, həzmi asanlaşdırır və sidik yollarını təmizləyir. Həmçinin öd kisəsi və böyrəklərə yaxşı təsir göstərir. Qanı zəhərlərdən təmizləyir, bədənin xəstəliklərə qarşı müqavimətini artırır və sinirləri sakitləşdirərək yuxusuzluq problemini həll edir.
Yay bostan bitkilərindən qarpız tərkibində olan likopen, vitamin və minerallara görə antioksidant tutumu yüksək olan yay meyvəsi hesab olunur.
Tumlu meyvələrdən alça da tərkibində olan yüksək antioksidant maddəsi ilə fərqlənən, detoks edən gücü ilə tanınan əhəmiyyətli bir "anti-aging" qidadır.
Ərik kalium anbarı hesab olunan qidalar sırasındadır. Deyilənə görə bu meyvələr, tərkibində C vitamini, çox sayda flavonoid, lif və betakarotin olan faydalı yay meyvələridir.
Çiyələk, albalı, kimi yay meyvələri də sağlamlıq baxımından olduqca faydalı hesab olunur. Bu meyvələrə itburnu və quş üzümü də əlavə oluna bilər.
Üzüm meyvəsi çox güclü antioksidantlardan ibarət xeyirli yay meyvələrindən biridir. Xüsusi ilə qara üzüm faydalıdır.
Avokado meyvəsi də antioksidantla zəngin olan meyvələrdən biridir. Yağ baxımından zəngin olması bir qüsur kimi görülsə də əslində avokado yağının əhəmiyyətli bir qismi doymamış zərərsiz yağlardan ibarətdir.


Tarix: 21.01.2015 / 17:40 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Qidalanma və Dieta
loading...