Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pəhriz saxlayanlar üçün şabalıd

Dərman istifadə edilmədən təbii şərtlər altında yetişən şabalıd, qida elementləri və vitamin zənginliyi ilə fərqlənir. Şabalıdın tərkibində 60%-ə qədər nişasta, 15% şəkər, 6% zülal, 2%-ə qədər yağ olur. Yetişməmiş meyvələrdə 1500 mq% C, 0,18 mq% B1 vitamini vardır. Bir sözlə bu meyvədə nişasta olmaqla lif, zülal, kalium, fosfor, kalsium kimi minerallar və B qrupu vitaminləri var.
Şabalıd təzə halda yeyilir. Türkiyəli mütəxəssis Prof. Dr. Osman bildirib ki, şabalıdı şişirtmədən yemək faydalıdır. Xüsusilə artıq çəki problemi olanlar buna diqqət etməlidirlər. Damar genişlənməsində və yüksək təzyiqdən şikayət edənlərlə şəkər xəstələrinin yeməməsi lazım olan şabalıdın digər faydaları belədir.
- şabalıd qabıqlarının suda qaynadılmasıyla hazırlanan dərman temperaturu salır və əsəbləri sakitləşdirir;
- meyvəsi, əzələləri qüvvətləndirir, qan dövranını nizamlayır;
- bədəni və zehni yorğunluğu aradan qaldırır. Babasilin meydana gəlməsinin qarşısını alır;
- qanazlığını aradan qaldırır.
Şabalıd ağacının yarpaqlarında qlükozidlər, pektin və aşılayıcı maddə (9%-ə qədər) K vitamini vardır.
Ona görə də yarpaqlarından çay dəmləyib daxili qanaxmalara qarşı tətbiq edirlər.
Bir alma, bir portağal, üç şabalıd, bir ovuc qovrulmuş qarğıdalı film izləyənlər üçün yaxşı seçimdir.
Azərbaycanda şabalıd müxtəlif xörəklərdə işlədilir. Şabalıddan qənnadı sənayesində (marsipan, tort, pirojna, şokolad və s. hazırlanmasında), aşbazlıqda (toyuqları içləmək, plov bişirmək və s.) geniş istifadə olunur.
Qurudulmuş şabalıddan alınan un, başqa ölkələrdə çörəyə və qənnadı məmulatına qatılır.


Tarix: 21.01.2015 / 17:23 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Qidalanma və Dieta
loading...