Günümüzdə bəzi insanlarda qantəzyiqi problemləri olur. Buda böyrək və ürək xəstəliklərinə təsir göstərir.
İnsanda yorğunluq, ayaqlarda şişlik, tənbəllik, nəfəs darlığı əmələ gətirir. Xəstə olanlarda iflic kimi xəstəliklər, beyin damarlarında qanama və ya damar tıxanmaları olur. Bu cür hallara yaş, cinsiyyət kimi faktorlar da təsir göstərir.
Məlumata görə gün ərzində 10-30 qr bitter şokoladı yemək yüksək təzyiqi olanlara da kömək edir.
Avstraliyanın Adelaida universiteti alimlərinin apardıqları təcrübələr zamanı məlum olub ki, qan təzyiqi olanların şokolad qəbulundan sonra təzyiqləri 5 faiz aşağı düşüb. Bundan əlavə, şokolad yeməyin son 5 ildə ürək xəstəliklərini azaltdığı da bildirilir.
Bu şokoladda olan flvonil dəriyə də yaxşı təsir göstərir. Həmçinin qan axımını sürətləndirir və xoşbəxtlik hormonunu artırır.
Bildiyimiz kimi bu xəstəliyin müalicəsində əsas üsullardan biri həyat tərzidir. Bunun üçün həftə ərzində idmanla məşğul olmaq (üzgüçülük, templi qaçış və s.), qida rasionunda istəyə uyğun süd və süd məhsullarına, tərəvəz və meyvələrə üstünlük vermək lazımdır.
Həmçinin spirt və siqaretdən, stress yaradan faktorlardan uzaq olmaq məsləhətdir.
Tarix: 21.01.2015 / 17:31 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Qidalanma və Dieta