Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu çay yağları yandırır

Məlumata görə çayın tərkibində faydalı minerallar və C vitamini var. Çay içmək ürək-damar sisteminə çox xeyirli hesab olunur. Tərkibində olan flerit maddəsinin dişləri çürüməyə qoymadığı və dişlərin kökünü möhkəmləndirdiyi bildirilir. Çay işmək həm də həzm prosesini rahatlaşdırır.
Məhz bu xüsusiyyətlərinə görə ilk dəfə çay şəfaverici sayıldığı üçün dərman kimi içilib.
Məlumatda həmçinin çaylar sinfinə daxil edilən ağ çayın yağ yandırıcı xüsusiyyəti ilə maddələr mübadiləsini sürətləndirdiyi və arıqlamağa köməkçi olduğu bildirilir. Sağlamlıq məqsədilə içilən bu çayın tərkibində başqa çaylara nisbətən daha çox xeyirli maddələr var. Bu çay növü yarpaqları açılmamış, tumurcuq olan zaman yığılır.
Üz dərisinə çox xeyirlidir və mikrobları məhv edir. Bahalılığına görə çay növləri arasında ikinci yerdədir.
Bu çayın yüksək antioksidant təsiri olduğu da bildirilir. Bu çay bədəndə olan yağ istehsalını azaltmağa və mövcud yağları parçalama xüsusiyyətinə malik olduğu qeyd olunur. Hətta yaşıl çaya nisbətən ağ çayın yağları daha çox parçaladığı məlumatlarda öz əksini tapıb.


Tarix: 21.01.2015 / 13:01 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Qidalanma və Dieta
loading...