Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəhvədən düzgün istifadə edin

İçkilərdən qəhvə içkisinin insan sağlamlığı baxımından bəzi faydalarının olduğu bilinsə də, həddindən artıq istifadəsinin zərərli olduğu bildirilir.
Qəhvədən çox, qəhvəyə qoyulan təbii olmayan əlavə məhsulların faydalı olmadığı, süd tozuna qarşı bir sıra mütəxəssislərin isə xəbərdarlıq etdiyi bildirilir.
Qəhvə kremləri və ağardıcılar, südlə uzaqdan yaxından əlaqəsi olmayan qatqı maddələri südə aid dad verməyinə baxmayaraq, həmin məhsullar və ya qatqı maddələri allergiyaya səbəb olur, immunitet sistemini zəiflətdiyi, köklük xəstəliyinə səbəb olduğu, aclıq-toxluq hissi verən hormonlarla təması üzərində iş aparıldığı bildirilir.
Qəhvənin daha çox qadınlara zərər verdiyi, qandakı kalsium miqdarının sidiklə atılmasına səbəb olduğu, xüsusilə qadınlarda sümük əriməsinin sürətləndirdiyi deyilir. Buna görə məsləhət bilinir ki, qəhvəni içərisində kalsium saxlayan südlə qarışdırsaq bu tarazlığı bir az da olsa qorumaq olar.


Tarix: 21.01.2015 / 13:19 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Qidalanma və Dieta
loading...