GÖZLƏRİNƏ
İcazə ver , baxım ey gül , o qarə gözlərinə ,
Vurulmuşam , nə edim , aşikarə gözlərinə .
Qəm etmərəm , məni yüz dəfə gündə öldürəsən ,
Baxanda bir də dirilləm , dübarə gözlərinə .
Camalın açma , gülüm , qorxuram görüb üzünü ,
Gün olsun hüsnünə aşiq , sitarə gözlərinə .
Olaydı qismət öpəydim o nazik əllərini ,
Ürəkdən eyləmişəm ixtisarə gözlərinə .
Kəməndi - ah ilə səyyadlar dalınca düşər ,
Bu naz ilə əgər etsən işarə gözlərinə .
Gözüm götürməyir əğyarlar baxanda sənə ,
Bir ayrı gözlə edirlər nəzarə gözlərinə .
Şikəstə Vahidə olmaz təbiblərdən əlac ,
Qalıbdır indi sənin bircə çarə gözlərinə
Tarix: 01.04.2013 / 20:35 Müəllif: *Beyaz_Gul* Baxılıb: 264 Bölmə: Qezeller
loading...