Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Olmuşuq"

Güşeyi-meyxanədə mey nuş edib pak olmuşuq.
Saqidən dərs almışıq biz, əhli-idrak olmuşuq.

Kuyi-canan torpağı candan da məhrəmdir bizə,
Adəm olmazdan əzəl çün bir ovuc xak olmuşuq.

Ey bizə tə’n eyləyən, bihudə əfğan etmirik,
Ayrılıq möhnətlərindən sinəsi çak olmuşuq.

Soldurub badi-xəzanı dəhri-birəhmin bizi,
Bir zaman tər qönçələrdik, indi xaşak olmuşuq.

Rəhməti Həqqin bizi məğrur edib Cəmşid tək,
Ol səbəbdəndir əsiri-zülmi – Zöhhak olmuşuq.

Eşq odunda yanmağı pərvanə bizdən öyrənib,
Atəşə Ənvər kimi yanmaqda bibak olmuşuq.


Tarix: 31.03.2013 / 17:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 226 Bölmə: Qezeller
loading...