"Bir bax süzülən yaşıma gör qanəmi döndü"
						Bir bax süzülən yaşıma gör qanəmi döndü
 Nakam vüsalın qisməti hicranəmi döndü.
 Qoydum sinəmi eşq oxuna bir nişan olsun
 Yaydan atılan sevgi oxun yanəmi döndü. 
 Sındırdı əlif qəddimi həsrət məni əydi 
 Sınmış həyatım indidə zindanəmi döndü. 
 Qəflət məni görcək o gözəl səmtini əydi 
 Üz tutdu yaşıl çöllərə ceyranəmi döndü.
 Hərgah o gözəl afəti mən sadə sanırdım
 Tərk etdi mələk xisləti şeytanəmi döndü.
 Səndən çalışır hər kəsə bir xoş nəzər alsın 
 Bir xoş nəzərin xəstəyə dərmanəmi döndü.
 Qoydum sapanda??? dərdi atam qoy uzaq olsun
 Hərləndi əcəb dərd yenə Salmanəmi döndü.
Tarix: 31.03.2013 / 17:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 95 Bölmə: Qezeller
loading...