O qarə zülfün əlindən bəlalıdır könlüm
O qarə zülfün əlindən bəlalıdır könlüm
O qarə zülfün əlindən bəlalıdır könlüm,
Batıb qəmə, elə bil ki, əzalıdır könlüm.
Bu eşq aləminin bilmirəm nədir sirri,
Əsiri-eşq olalı laübalıdır könlüm.
Görəndə sevgilisini qönçə, gül kimi qızarır,
Əbədi bir qıza bənzər, həyalıdır könlüm.
Ölüncə çəkməz əlin nazənin nigarından,
Rəqibə hərgiz inanmaz, vəfalıdır könlüm.
Fələk o zülmü mənə etməyib, rəqib etdi,
Yazılsa dərdü qəmim, macəralıdır könlüm.
Şikəstə ney kimi yarından ayrılan gündən,
Həvayə həmdəm olub, san yaralıdır könlüm.
Mənim də dərdimi, Vahid, deməzsən ol şuxə,
Deyəndə qanə dönər, iddialıdır könlüm.
Tarix: 26.05.2013 / 20:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 136 Bölmə: Qezeller
loading...