Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MALINI ALLAH YOLUNDA XƏRCLƏMƏK

Əliaçıqlıq möminin sahibi olduğu sifətlərdəndir. Mömin olan kəs öz malını Allah yolunda ailəsinə, kasıblara, yolçulara, yetimlərə və müsəlmanların köməyinə, dəstəyinə ehtiyacı olan hər bir kəsə xərcləyər.

Allah taala buyurur: “Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: "(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur". Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir”. (əl-Bəqərə, 215) İbn Kəsir (Allah ona rəhmət etsin) deyir: Yəni, səhih hədisdə deyildiyi kimi bu insanlar üçün malınızdan xərcləyin: “Anana, atana, bacına, qardaşına, sonra isə yaxınlarına!” Meymun bu ayəni oxudu və dedi: “Bu, malın kimlərə və hara xərclənməsi üçün göstərişdir. Burada nə təbil, nə zurna, nə taxtadan hazırlanmış bəzək fiqurları, nə də ki, divarların bəzədilməsi qeyd olunmayıb”. Bəzi hallarda malın Allah yolunda xərclənməsi vacib, bəzi hallarda isə müstəhəb (bəyənilən) olur. Zəkat və nəzir verilməsi, ailə - övlad və valideynlər üçün xərclənməsi vacib əməllərdəndir. Başqalarının mənfəət əldə etməsinə səbəb olan xeyriyyə lahiyələrində iştirak etmə, həmçinin sədəqə vermək müstəhəb əməllərdəndir. Allah yolunda mallarından xərcləyən müttəqilər sahib olduqları sifətlərə görə Cənnət əhlindədilər. Allah taala buyurur: “Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin. O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər”. (Əli İmran, 133-134)
Əbu Hureyrənin rəvayət etdiyi hədisdə rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ümmətin diqqətini malın Allah yolunda xərcləməyin fəzilətinə və eyni zamanda xəsisliyin səbəb olduğu pis nəticələrə yönəldir: “Qulların gözlərini açdığı hər gün, səhər (səmadan) iki mələk nazil olur. Onlardan biri deyir: Allahım, (sənin yolunda) xərcləyənin malını artır! O biri isə deyir: Allahım, xəsisin malnı məhv et!” Hətta rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) and içərək bildirir ki, heç də sədəqə vermək pulu azaltmır. Tirmizidə rəvayət olunan hədisdə rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Üç şey barəsində and içirəm. Onları sizə deyirəm ki, yaddaşınıza həkk edin: sədəqə qulun malını azaltmaz; qul zülmə məruz qaldığı zaman, səbr edərsə izzət və cəlal sahibi Allah həmin qula izzət bəxş edər; qul bir problemin həllinə çalışmazsa, Allah ona kasıblığın qapısını açar”. Allah taala Onun yolunda mallarından xərcləyənlərin savabı və mükafatlarının qat-qat olacağı barəsində buyurur: “Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir”. (əl-Bəqərə, 261)
Allah yolunda malından xərcləmə qulun səxavətli olmasına, imanının doğruluğuna və Allah qatında etibarlılığına dəlalət edir. Xeyir əməllər nəznində heç nəyin itməyəcəyi Allahın razılığını qazanmağa səbəbdir. Allah taala buyurur: “(Allah yolunda) nə xərclərsiniz, Allah onun əvəzini verər. (Səba, 39) Başqa bir ayədə Uca Rəbbimiz belə buyurur: “İnsanları doğru yola yönəltmək sənin borcun deyildir. Allah kimi istərsə, onu doğru yola yönəldər. Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin (mənfəəti) ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə əsla zülm edilməz!” (əl-Bəqərə, 272) Bu ayə tək xeyirxah, günahkar və başqalarına deyil, həmçinin dinindən asılı olmayaraq sədəqənin hər bir kəsə verilməsinə dəlalət edir. Səhih hədisdə buyurulur ki, Hər bir canlıya verilən sədəqədə mükafat var. Bütün hallarda könüllü olaraq sədəqə vermək bəyənilən bir əməldir. Onu da qeyd etmək lazımdır ki, gizlində verilən sədəqə aşkarda verilən sədəqədən daha üstündür. Ehtiyac duyulan zaman daha çox sədəqə vermək, həmçinin qohumlara və çox ehtiyacı olan kəslərə sədəqə verərək əl tutmaq olduqca mühümdü


Tarix: 17.04.2013 / 16:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 207 Bölmə: Maraqlı melumatlar
loading...