Tövbələri hər zaman qəbul edən və hər zaman mərhəmət edən, hər şeyi bilən və hikmət sahibi olan Allaha həmd olsun. Rəbbimə həmd edir və ona şükr edirəm. Ona tövbə edir və ondan bağışlanma diləyirəm. Şəhadət edirəm ki, Allahdan başqa ilahi yoxdur. O, təkdir və ortağı yoxdur. Şəhadət edirəm ki nəbimiz və peyğəmbərimiz Məhəmməd (s.ə.s) onun rəsulu və quludur, dəyərli əxlaqa sahibdir. Allahım!. . Qulun və rəsulun Məhəmmədə, onun ailəsinə və əshabına, onların doğru yolundan gedənlərə salat və salam et.
Bundan sonraAllahdan haqqı ilə qorxun, ey Allahın qulları. Ona tövbə edin və ondan bağışlanma diləyin ki, səvablarınızı bir neçə dəfə artırsın və günahlarınızı bağışlasın.
Ey müsəlmanlar!İnsanın ən üstün halı və ən qüsursuz sifəti sevdiyi və razı olduğu, xoşlanmadığı və inkar etdiyi şeylərdə Allah Təalaya tabe olmasıdır. Beləliklə qul Rəbbinin sevdiyini sevər və yaradıcısının xoşlamadığını inkar edər. Sevdiyi və razı olduğu şeylərdə Allaha tabe olmaq, Ona üsyandan xoşlanmamaq, ancaq hər cür qüsur və günahdan səhih bir tövbə etməklə, Allah Təalaya itaətdə doğru olmaqla və haramlardan uzaq durmaqla olur. Səhih tövbə, ibadət edənlərin məqamlarının ən böyüyüdür. Möminlərin hallarının ən şərəflisi və təqva sahiblərinin itaətinin qayəsidir.
Hidayət peyğəmbəri (s. ə. s) tövbəyə işarət edərək onu tərif etmiş və tövbənin qulun həyatında müvəffəqiyyətli olan ən əsas və ən xeyirli bir şey olduğunu bildirmişdir. Buxari və Muslim, Kəb b. Malikdən (r.a) bunu rəvayət edir. Peyğəmbər (s. ə. s) Kəb Təbuk savaşından geri qaldığı zaman Allahın onun tövbəsini qəbul etdiyini bildirərək belə buyurur Anan səni doğduğundan bəri düçar olduğun ən xeyirli gün ilə sevin. Kəb belə deyər: İnsanlar hissə-hissə məni qarşıladılar. Tövbəm səbəbi ilə məni təbrik edir və mənə Allahın tövbəni qəbul etməsi mübarək olsun deyirlərdi.
Allah Təala bu ümmətdən hər cür insana, xeyirlərlə önə keçənlərə, ibadətlərdə orta yollu davrananlara və haramlarla nəfislərinə zülm edənlərə tövbəni vacib bildirmişdir. Allah Təala belə buyurur: (Ey möminlər! Hamınız birdən Allaha tövbə edin ki, qurtuluşa çatasınız) (24/ən-Nur/31) və belə buyurur. ((Bu kitab sizə)Rəbbinizdən bağışlanma diləməniz və ona tövbə etməniz üçün (endirildi).) (11/Hüd/3) Müslim Rəsulallah (s.ə.s) belə buyurduğunu rəvayət edər: Ey insanlar! Allaha tövbə edin və Ondan bağışlanma diləyin. Şübhəsiz ki, mən gündə yüz dəfə tövbə edirəm.
Tövbə, bəşərin nöqsanlığının və insanın qüsurunun vaciblərindəndir. İbadətlə cavabdeh tutulan insan, ibadətində qüsurdan, səhvdən, qafillikdən, xətadan, unutqanlıqdan və günahdan uzaq olmaz. Bu səbəbdən Rasulallah (s.ə.s) belə buyurur: Nəfsim əlində olan (Allaha) and olsun ki, əgər sizlər günah işləməsəydiniz Allah Təala sizi götürüb, günah işləyən və Allah Təaladan bagışlanma diləyən, buna görə onları bağışlayan bir toplulq gətirərdi. Bu hədisi imam Muslüm, Əbu Hureyrədən (r.a) rəvayət edər. Yenə Rəsulallah (s.ə.s) belə buyurur: Hamınız səhv edərsiniz, səhv edənlərin ən xeyirlisi tövbə edənlərdir
Uca Allahın sifətlərindən biri də, Özündən bir kərəm olaraq tövbəni qəbul etməsi və buna sevinməsidir. Allah Təala belə buyurur: (O qullarından tövbəni qəbul edən, pislikləri bağışlayan və etdiklərinizi biləndir. ) (42/əş-Şura25)və belə buyurur. (Allahın qullarından tövbəni qəbul edici olduğunu, sədəqələri alıb (qəbul edəcəyini)və Allahın tövbəni çoxlu qəbul edici, çoxlu rəhmət edici olduğunu hələ bilmədilərmi)(9/ət-Tövbə/104). Allahın gözəl adları, bu kainatda onların bir təsirinin olmasını gərəkdirir. Tövbələri çoxlu qəbul edən və çoxlu rəhmət edən adı, tövbə edərək Allah Təalaya dönən və ona rəhmət edilmiş bir məxluqun olmasını vacib edir. Allah Subhanehu və Təalanın bütün adları eyni şəkildə böyük sifətlərini özündə əks etdirir və onlara işarət edər, bu kainatda təsirini vacib edir. Qulun üzərinə düşən məsuliyyət, hər zaman üzərinə vacib olan tövbəni yerinə yetirməsidir. Bu tövbəni qəbul edəcək, ona savab verəcək, əcrini böyüdəcək və onunla günahlarını bağışlayacaq olan Allahdır.
Tövbə nəbilərin və rəsulların, Allahın dostları möminlərin qulluq məqamlarından biridir. Allah Təala belə buyurur: (Şübhəsiz İbrahim doğrudan yumşaq təbiətli içli və çoxlu tövbə edən biri idi. ) (11/Hud/75) və belə buyurur: (And olsun ki, Allah onlardan (müslümanlardan) bir qrupun qəlbləri əyrilməyə üz tutduqdan sonra, Peyğəmbəri və güclük zamanında ona inanan Mühacirlərlə Ənsarı bağışladı. Sonra da onların təvbələrini qəbul etdi, çünki Oonlara qarşı çox şəfqətli və tam mərhəmətlidir) (9/ət-Tövbə/117) Allah Təala Musadan (ə.s) bəhs edərək belə buyurur: (Ayılınca dedi ki: Səni nöqsan sifətlərindən tənzih edirəm, sənə tövbə etdim və mən inananların ilkiyəm. ) (7/əl-Əraf/143)Allah Cənnət əvəzində Rəbblərinə canlarını və mallarını satan möminlərin sifətlərindən biri olaraq tövbəni zikr edər. Allah əala belə buyurur: (Onunla (Allahla) etmiş olduğunuz alış-verişə görə sevinin. Bu böyük qurtuluşdur. (Bu alış-verişi edənlər)tövbə edənlər, ibadət edənlər, həmd edənlər, oruc tutanlar, rüku edənlər, səcdə edənlər, yaxşılığı əmr edib pislikdən çəkinənlər və Allahın sərhədlərini qoruyanlardır. ) (9/ət-Tövbə/111-112)
Tövbənin bərəkəti tez və ya gec, gizli və ya aşkar olaraq görülür. Tövbənin əvəzi qəlblərin təmizlənməsi, günahların silinməsi və savabların qatlanmasıdır. Allah Təala belə buyurur: (Ey iman edənlər!Səmimi bir tövbə ilə Allaha dönün. Umulur ki, Rəbbiniz sizin pisliklərinizi örtər, Peyğəmbəri və onunla birlikdə olanları utandırmayacağı gündə Allah sizi, iclərində çaylar axan cənnətə göndərər, çünki onların nurları, önlərindən və arxalarından qaçsa da, onlar Ey rəbbimiz !Nurumuzu tamamla, bizi bağışla, çünki sən hər şeyə gücü çatansan deyərlər. ) (66/ət-Təhrim/8)
Tövbənin əvəzi imanın, qənaət və razılıq, hüzur və sükunətin, könül rahatlığının kölgələndirdiyi bir həyatdır. Allah Təalə belə buyurur: ( (Bu kitab sizə) Rəbbinizdən bağışlanma diləməniz və ona tövbə etməniz üçün endirildi) Əgər bunu edərsəniz sizi, təyin edilmiş bir vaxta qədər gözəl bir şəkldə yaşadar və fəzilətli olan hər kəsə oz öz lütfündən verər) (11/Hüd/3)
Tövbənin əvəzi: göyüzündən enən bərəkətlər və yerüzündən çıxan bərəkətlərdir. Mallarda bolluq, istehsalda və nəsildə bərəkət, bədənlərində afiyət və afətlərdən qorunmaqdır. Allah Təala Huddan (ə.s) bəhs edərək belə buyurur ( (Hüd dedi ki:) Ey kavmim! Rabbinizdən bağışlanma istəyin, sonra da ona tövbə edin ki, üzərinizə göyü ( yağışı) bol-bol göndərsin və qüvvətinizə qüvvət qatsın. Günahkarlar olaraq üz çevirməyin) (11/Hüd/3) İbni Abbas (r.a) Rəsulallahın (s.ə.s) belə buyurduğunu rəvayət edər: Kim bağışlanma istəməyə davamlı şəkildə davam edərsə Allah onun üçün hər darlıqdan bir çıxış, hər sıxıntıdan bir qurtuluş yaradar. onu hesab etmədiyi bir yerdən rizqləndirir.. Bu hədisi Əbu Davud rəvayət edər. Bağışlanma diləmə (istiqfar) tövbə ilə birlikdə zikr edilməzsə tövbəni də içinə alar və ona işarət edər.
Tövbə qurtuluşdur. Hər arzulananı qazanmaq və hər sıxıntıdan qurtulmaqdır. Allah Təala belə buyurur: (Tövbə edərək, iman edib saleh əməl edən kimsəyə gəlincə o qurtuluşa çatanlar arasında olmağı uma bilər. ) (28/əl-Qəsəs/67) Allah Təala qullarının tövbə etməsindən xoşlanar. Allah təala belə buyurur: ( Şübhəsiz ki. , Allah, çoxlu tövbə edənləri sevər və təmizlənənləri sevər. ) (2/əl-Bəqərə/222). Allah, özündən bir ihsan və bir ikram olaraq qulun tönbəsi ilə sevinir.
Allah Təala Allaha ən böyük şirki qoşan və ona üsyan edən İsa aleyhisselam, Allahın oğludur deyənləri belə tövbəyə çağırır. Allah, onların söylədikləri bu sözdən uzaqdır. Allah Təala belə buyurur: (Allaha tövbə edib ondan bağışlanma diləməzlərmiAllahçoxlu bağışlayıcı, mərhəmət edicidir) (5/əl-Maidə/74) Yenə, Allahın ən pis yaratdıqları olan münafiqlərə da tövbə qapısını açmışdır. Allah Təala belə buyurur (Şübhəsiz ki, münafıqlar, cəhənnəmin ən alt qatındadılar. Artıq onlara heç bir kömək edə bilən tapa bilmərsən, lakin tövbə edib özlərini düzəldənlər, Allaha möhkəm sarılıb dinlərini (ibadətlərini yalnız onun üçün edənlər başqadır. Bax bunlar möminlərə bərabərdirlər) (4/ən-Nisa/146)
Əbu Səid əl-Hudri (r.a), Peyğəmbər (s.ə.s) onlara bunu xəbər verdiyini rəvayət edər: Sizdən əvvəlkilərin arasında yüz nəfəri öldürən bir adam vardı. Bir alimdən özü üçün tövbə olub olmadığını soruşdu. Alim Bəli dedi. Rəhmət mələkləri onun ruhunu aldılar və o adam bağışlandı. Bu hədisi, Buxari və Muslüm rəvayət edər.
Tövbənin mənası Allaha dönmək, günahı tərk etmək və ondan xoşlanmamaq, ibadətlərdəki yayınmalarına peşman olmaqdır. Nəvəvi rahiməhullah belə deyər: Hər cür günahdan tövbə vacibdir. Günah qul ilə Allah Təala arasındadırsa, qul haqqı ilə əlaqəli deyilsə, tövbənin üç şərti vardır: Birincisi günahı dərhal tərk etməsidir. İkincisi, etdiyinə peşman olmasıdır. Üçüncüsü isə bu günaha heç vaxt dönməyəcəyinə bir dəfəlik qərar verməsidir. Bunların üçündən biri olmazsa, tövbəsi səhih (doğru) olmaz. Günah, qul haqqı ilə əlaqəlidirsə, tövbənin şərti dörtdür. Bu üçü və qul haqqından xilas olmasıdır. Mal və bənzəridirsə onu sahibinə geri verir. İftira cəzası və bənzəridirsə bunun tətbiq edilməsinə icazə verər və yaxud bağışlanmasını tələb edər. Qeybətdirsə ondan, haqqını halal etməsini istər. Bütün günahlardan tövbə etməsi vacibdir. Əgər bir qismindən tövbə edərsə, o günahlardan tövbəsi səhih olur və digərləri üzərində qalır
Tövbə edənlərin tövbələri və tövbələrinə səbəb olan hekayələri, qulaqlara zövq verər. Söhbətlər onlarla gözəlləşir və insanlar onlarla təsəlli tapır. Dostlar, aralarında onları danışır. Onların hamısı yaxşı düşünmüş, bəsirətlə baxmış və ömrünün keçən səhifələrini gözdən keçirtmişdir. Həyatının geri qalan hissəsini düşünmüş ölümü və şiddətini, qəbri və qaranlığını, Quranı və sübutunu, Rəsulallahın (s.ə.s) yolunu və sünnətini xatırlamışdır. Buna görə qəlbində hidayət şimşəyi çaxmışdır. Ürəyində haqq günəşi doğulmuşdur. Üzərindəki qəflət, heva, günah və həlak səbəblərinin qaranlığı dağılmış, ah çəkib inləməyə başlamış və qəlbi, keçmiş günlərdə diqqətsizlk etdiklərinə üzüntüylə dolmuşdur. Göz yaşları yağış kimi boşalmış, tükləri biz-biz olmuşdur. Rəhman və Rəhim olan Rəbbinin qarşısina özünü atmış. Allaha belə yalvarmaqdadır. Sənə döndüm Rəbbim!. . Peşman oldum!. . Tövbəmi qəbul et!. . Günahımı bağışla!. . Səhvimi yox say!. . Ey Allahım!. . Əgər məni qapından qovarsan mənə kim kömək edər. . Əgər məni özündən uzaqlaşdırarsan məni kim yaxınlaşdırar. . Buna görə Allah, rəhməti ilə onun tövbəsini qəbul edər.
Bu, yol kəsicilikdən tövbə etmişdir. Bu, zinadan tövbə etmişdir. Bu, içki içməkdən tövbə etmişdir. Bu, nəşə çəkməkdən tövbə etmişdir. Bu, qohumluq əlaqələrini kəsməkdən tövbə etmişdir. Bu, namazı tərk etməkdən və yaxud onu camaaatla qılmamaqdan tövbə etmişdir. Bu anaya və ataya pis davranmaqdan tövbə etmişdir. Bu, faiz və rüşvət yeməkdən tövbə etmişdir. Bu, oğurluqdan tövbə etmişdir. Bu siqaret çəkməkdən tövbə etmişdir. Hər cür günahdan Allaha dönən hər bir kəsə eşq olsun!. . Səmimi tövbə ilə yenidən doğulmuş kimi olmuşdur. İnsanın əsl ömrü, Allaha itaət etdiyi zamandır. Allaha itaət etmədiyi zaman isə ömründən deyildir.
Tövbə, hər an vacibdir. Fəqət fəzilətli zamanlarda və fəzilətli məkanlarda, günahdan dərhal sonra, ibadətlərdən sonra, qırx yaşından sonra və tövbə etmədən ölməməsi üçün yuxudan qabaq və ömrün sonunda tövbə etmək daha güclü bir şəkildə vacib olur. Allah Təala belə buyurur: (Ey iman edənlər! Mallarınız və uşaqlarınız sizi Allahı yad etməkdən çəkindirməsin. Kim bunu edərsə, deməli onlar ziyana uğrayanlardır. Hər hansı birinizə ölüm gəlib Rəbbim! Məni yaxın bir vaxta qədər gecikdirsən də sədəqə verib yaxşılardan olsam! deməyindən qabaq, sizə verdiyimiz rızıkdan infak edin. Allah, əcəli gəlincə heç bir nəfsi geri qoymaz. Allah, etdiklərimizdən xəbəri olandır) (63/əl-Munafiqun/9-11)
Allah, məni və sizləri Uca Quran ilə mübarək etsin.
Ehsanı (əsirgəməməsi) üçün Allaha həmdolsun. Bacarıqlı etməsi və nemətləndirməsi səbəbi ilə Allaha şükürlər olsun. Şəhadət edirəm ki, Allahdan başqa ilahi yoxdur. Onun şanı ucadır və şəhadət edirəm ki, nəbimiz və peygəmbərimiz Məhəmməd (s.ə.s) onun qulu və rəsuludur. Onun rizasına dəvət edəndir. Allahım!. . Qulun və rəsulun Məhəmmədə, onun ailəsinə, əshabına, və din qardaşlarına salat və salam söylə, onları mübarək qıl!. .
Bundan sonraEy müsəlmanlar!. . Allahdan haqqı ilə qorxun və sağlam şəkildə İslama möhkəm sarılın. Rəbbinizi, ona ibadət edərək ucaldın.
Allahın qulları!. . Uca Rəbbiniz belə buyurur (Sizə əzab gəlib çatmadan qabaq rəbbinizə dönün. Ona təslim olunsonra sizə kömək edilməz. Özünüz fərqində olmayaraq, qəfil başınıza əzab gəlmədən qabaq, Rəbbinizdən sizə endirilən ən gözəlinə(Qurana)tabe olun. Adamın, Allaha qarşı aşırı getməkdən dolayı mənə ayıb olsun!Doğrudan da mən dolayanlardandım! deyəcəyi gündən çəkinin, və yaxud Allah mənə hidayət versəydi, əllbətdə çəkinənlərdən olurdum deyəcəyi, yaxud əzabı gördüyündə kaş ki, mənim üçün(dönüş)imkanı olsa da yaxşılardan olsam! deyəcəyi gündən çəkinin. (39/əz-Zumər/54-58)
İslam ümməti bu çağda, ağır fəlakətlər və arxa-arxaya gələn sıxıntılar çəkərkən, tövbəyə və Allaha dönməyə nə qədər də möhtacdır. Beləcə vəziyyətini düzəldər, Rəbbinin rəhməti enər, düşməninə qarşı qələbə qazanır və dininə dəstək olur. Müsəlmanlar üçün tövbədən və Allaha dönməkdən başqa, heç bir darlıqdan çıxış yoxdur. Kudsi Hədisdə, Allah Təala belə buyurur Mən qulumun haqqımdakı gözəl zənnindəyəm. Kim məni özlüyündə xatırlarsa, mən də onu özlüyümdə xatırlayaram. Kim məni topluluqda xatırlarsa, mən də onu onlardan daha xeyirli bir topluluqda xatırlayaram. Mənə bir qarış yaxınlaşana, man də bir qucaq yaxınlaşaram. Mənə yeriyərək gələnə, mən qaçaraq gələrəm. Bu hədisi Buxari rəvayət edir.
Allahin salamı və xeyir-duası üzərinizə olsun!
Tarix: 14.04.2013 / 14:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 582 Bölmə: Maraqlı melumatlar