Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəfsi hesaba çəkəcək suallar-3

Ey müsəlman!
Öz nəfsini hesaba çəkməyən onun əziyyətini çəkər. Nəfs itaətsizliyi, tənbəlliyi və rahatlığı çox sevir. Nəfs itaəti sevmədiyinə görə çox vaxt etdiyi ibadətdə naqislik olur. Ona görə də gözün həmişə onun üzərində olsun, onu həmişə yoxla, sorğu-suala çək. Əgər bir naqislik tapsan, onda nəfsinə caiz olan bir şəkildə dərs ver ki, bir daha buraxdığı xətalara qayıtmasın.

Ömər (Allah ondan razı olsun) buyurur: “Axirətdə sorğu-suala çəkilməzdən əvvəl nəfslərinizi sorğu-suala çəkin. Kim dünyada ikən öz nəfsini hesaba çəkərsə, axirətdə sorğu-sualı azalar”.

Həmçinin imanın zəiflik əlamətlərindəndir ki, insan pis işlərlə tez-tez rastlaşır. Amma bunlar ona heç təsir etmir, heç halı dəyişmir, sıxılmır. Allah Təalə insanları günahlardan çəkindirib onlara doğru yol göstərənlər barəsində buyurur:

“Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz”. (Ali-İmran, 110)

Pisliyi inkar etmək imandandır. Kim öz imanının miqdarını bilmək istəyirsə özündən və başqalarından pis əməlləri uzaqlaşdırıb, özünü və başqalarını doğru yola yönəltməsinin dərəcəsinə baxsın.

Ey müsəlman.

Əvvəllər televizorda pisliklər görəndə televizoru söndürərdin. Birini qeybət edən, ara vurduğunu görəndə onlara nəsihət edərdin. Əgər bunu bacarmazdınsa həmin məclisi tərk edərdin. Amma indi özün harama baxır, ancaq fikir vermirsən. Pis məclislərdə oturur, heç halı da dəyişmir, hətta belə məclislərdən durub çıxıb getmirsən. Çünki artıq imanın zəifləyib.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) imanın ən zəifi barədə belə buyurmuşdu:
“Sizdən kimsə bir münkər (pis əməl, qadağa) görərsə onu əli ilə dəyişdirsin. Əgər gücü çatmazsa dili ilə, bunu da bacarmadıqda qəlbi ilə (dəyişdirsin). Bu isə imanın ən zəif mərtəbəsidir”. (Muslim)

Bilirsinizmi Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)in bu sözü kimə aiddir? O kimsələrə ki, onlar hər hansısa bir məclisdə günah söhbətlərə rast gələrlər və bu günahları əli və ya dili ilə dəyişdirə bilməyib, qəlblərində olan sıxıntıdan dolayı bu məclisi tərk edənlərə. Budur imanın ən zəifi.
Yaxşı, onda orada oturub münkərə qulaq asan insana bəs nə deyək?!
Öz ayağı ilə belə məclislərə gedənlərə nə deyək?!
Bu işi özləri görənlərə nə deyək?!
Öz nəfslərinə uyub, fitnələri qızışdırıb, sonra da bu əməllərinə Quran və Sünnə donu geyindirənlərə bəs nə deyək?!
Allah danışılan hər bir sözün, əslinin ixlasa və ya nəfsə qulluq etdiyini bilir. Qiyamət günü gələndə, Allah Təalə buyurur:
“De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər.” (Kəhf, 103-104)

Sələfilərdən bəziləri Allah təalənin bu ayəsini eşidəndə ağlayardı.

“Lakin Allahdan on¬lara güman etmədikləri bir əzab düçar olacaqdır.” (əz-Zumər, 47)


Tarix: 10.04.2013 / 21:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 134 Bölmə: Maraqlı melumatlar
loading...