Albani (Allah ona rəhmət etsin) müsəlmanlara nəsihət edərək deyir:
"İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da, yalançıları da çox gözəl tanıyar!"
(Ənkəbut: 2-3)
Əgər biz həqiqətən dinimizə dönmək istədiyimiz deyirksə onda ilk olaraq dinimizi başa düşməli, ikinci isə dinimizə əməl etməliyik.
De: “(Ey insanlar, ey tövbəkarlar! İstədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!” (ət-tövbə: 105)
Indi gəlin baxaq görək biz dinimizi doğru başa düşürükmü? Cavab, xeyr.
Sonra biz dinimizə doğru şəkildə əməl edirikmi? Cavab, xeyr.
Amma rəhbərlərə irad tutmağa gəldikdə isə hamımız "nə üçün Allahın hökmü ilə hökm vermirsiniz" – deyib, canfəşanlıq və şücaətlə onlara etiraz edirik.
Belə sual sahibinə cavab belədir: çünki biz özümüz Allahın nazil etdiyi ilə hökm etmirik. Rəhbərlər də kənardan, ordan-burdan gələnlər deyillər, bizim aramızdan çıxan insanlardır. Belə olduğu halda nə üçün ona buna irad tuturuq, amma özümüzü isə yaddan çıxarırıq. Əgər biz özümüzü islah etsək heç şübhəsiz ki, Rəbbimiz də bizə kömək olacaqdır. Çünki o Özü bunu bizə vəd edir. İstər alim, istər sıravi, istərsə də dünya görüşlü olmasından asılı olmayaraq hər kəs Allahın bu ayəsini bilir ki, Allah təala buyurmuşdur: "...Əgər siz Allaha yardım göstərsəniz, O da sizə yardım göstərər..." (Məhəmməd: 7).
Allahın vədi haqdır və o heç vaxt öz vədinə xilaf çıxan deyildir.
Hər kəs də bilir ki, möminin Allaha olan köməyi qoşun toplayıb düşməninin üzərinə hücüm çəkməsi deyildir.
Möminin Allaha olan köməyi, Onun Peyğəmbərinə göndərdiyi şəriətə əməl etməkdir.
İndi baxaq görək biz əməl edirikmi?!
De: “(Ey insanlar, ey tövbəkarlar! İstədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər." (ət-tövbə: 105
Tarix: 14.04.2013 / 14:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 77 Bölmə: Maraqlı melumatlar