Sual: İslam ümmətinin problemlərini həll etmək məqsədilə nümayişlərə çıxmaq dəvətin üsullarından sayılırmı?
Cavab: Bizim dinimiz hərc-mərclik dini deyildir. Bizim dinimiz intizam dini və qayda-qanun dini, sakitçilik və sükunət dinidir. Nümayişlər isə müsəlmanların əməllərindən deyildir və müsəlmanların tanış olduğu bir şey deyil. İslam dini sakitçilik dini və rəhmət dini, nizam-intizam dinidir; qatmaqarışıqlıq, alt-üst olma, narahatlıq, fitnələri oyadan, təhrik edən din deyil. Bax islam dini budur. İnsanlar öz haqqlarını şəriətimiz tərəfindən buyurulan tərzdə və şəriətdə məşru buyurulan yollara müraciət etməklə əldə edirlər. Nümayişlər qan tökülməsinə səbəb olur və müsəlmanların sərvətlərinin zay olması ilə nəticələnir. Bütün bunlar qadağandır.
Tarix: 05.04.2013 / 20:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 108 Bölmə: Maraqlı melumatlar