Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah Rəsuluna ad günü keçirmək gözəl bidətdirmi?

Sual: Hörmətli şeyx! Allah Rəsuluna (ona və ailəsinə salam olsun) mövlud günü (ad günü) keçirmək bidətdirmi? Bəzi ölkələrdə bəzi alimlər buna yaxşı bidət (bidətu-l-həsənə) deyirlər.



Cavab: Bunu sonradan gələn bəzi insanlar dində icad ediblər. Onlar bununla yaxşı bir zənn bəsləyib gözəl bir yenilik icad etdiklərini qeyd edirlər. Bütün dəqiq şəriət alimləri (mühəqqiq alimlər), elm əhlindən olan böyük alimlər bunun bidət olduğunu deyiblər. Mövludla bağlı bütün tədbirlər, davranışlar, hərəkətlər, sözlər hamısı bidətdir. Buna görə də belə bir tədbirin peyğəmbərə keçirilməsi nə üçündür? Çünki Allahın Rəsulu (ona və ailəsinə salam olsun) bunu etməyib, onun səhabələri, raşidi xəlifələr, üç əsr fəzilətli nəsil (yəni səhabələr, tabiun və ətbaəttabiun) bunların heç bir bu mövludla bağlı heç bir şey etməyiblər, ona görə də onlara tabe olmaqda böyük xeyir var. Onlardan sonra gələn insanların etdikləri yeniliklərdə, bidətlərdə isə heç bir fayda yoxdur. Artıq Allahın Rəsulundan sabit olmuşdur ki, o demişdir: “Sonradan çıxarılan bidətlərdən (yeniliklərdən) çəkinin (uzaq durun)”. Həmçinin Allahın Rəsulu (ona və ailəsinə salam olsun) demişdir: “İşlərin şər olanı bidətdir (dində yenilikdir), hər bir bidət isə zəlalətdir”. Allahın Rəsulu (ona və ailəsinə salam olsun) buyurmuşdur: “Kim bizim işimizdə (dinimizdə) bir şeyi icad edərsə onun etdiyi iş bizim işimizdən olmaz və ondan həmin iş (əməl) rədd olunar”, “Kim bizim işlərimizdən olmayan bir əməli edərsə həmin əməl ondan rədd olunar (qəbul olunmaz)”. Ey əməlləri rədd olunanlar! Peyğəmbərimiz (ona və ailəsinə salam olsun) dində olan bütün münkərləri bizə bəyan etmişdir. Şəriəti, dini tamamilə bizə bəyan etmişdir. Allahın Rəsulu (ona və ailəsinə salam olsun) Allahın izn vermədiyi heç bir şeyi bizə qanun (əmr, şəriət) etməmişdir. Artıq Allah təala bidət əhlini bu sözü ilə pisləmişdir, zəmm etmişdir: “Yoxsa (müşriklərin) Allahın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni (halal) edən şərikləri vardır?” (Əş-Şura surəsi, 21). Ad günü keçirmək işini Allah əmr etməmiş, izn verməmiş, Allahın Rəsulu (ona və ailəsinə salam olsun), bütün xeyir üzərində olan insanların heç biri bunu etməmiş, nə Əbubəkr, nə Ömər, nə Osman, nə Əli, nə Cənnətlə müjdələnən on səhabə, nə səhabələr, nə onlara tabe olan tabiunlar, nə də ətbaut tabiunlar, nə də ki, onlara tabe olanlar bu əməli etməmişlər. Bəzi tarixçilər dində bəzi yeniliklərin ortaya çıxmasını hicri 4-cü əsrdə Misirdə Fatimilər tərəfindən icad olunmasını qeyd edirlər. Sonra hicri 6-cı və 7-ci əsrin əvvəllərində də dində bir çox yeniliklər peyda etdilər. Onlar elə zənn etdilər ki, bu icad etdikləri şeylər yaxşıdır, gözəldir. Amma haqq budur ki, bütün bu yeniliklər hamısı bidətdir, pis bir işdir və bunda heç bir yaxşılıq yoxdur. Dində “yaxşı bidət” adlanan bir anlayış yoxdur. Başqa bir həqiqətdə budur ki, bidəti (dində olan yeniliyi) Allah əmr etməmişdir, Allah təala şəriətində olan bütün əmrlərini və bütün hökmlərini, qanunlarını bizə bəyan etmişdir. Allah təala buyurur ki; “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim” (Maidə surəsi 3). Allaha and olsun ki, artıq Allah təala dinini kamilləşdirdi və tamamladı. Artıq Allah təalanın kamilləşdirdiyi bu dində ad günü (mövlud) yığıncaqları (tədbirləri) elmi əsaslarla rədd olunmuş, yaxşı olmayan, gözəl olmayan bir bidətdir (yenilikdir). Dində “yaxşı bidət” anlayışı yoxdur (Bidətlərin hamısı pis və rədd olunmuşdur). Əksinə bütün bidətlərin hamısı zəlalətdir (azğınlıqdır). Bütün bidətlərin hamısını Allahın Rəsulu (ona və ailəsinə salam olsun) bu sözüylə inkar etmişdir: “Bidətin hamısı zəlalətdir”. Bizə icazəli deyil ki, Allah Rəsulunun sözünün əksinə davranaq (Bunu bizə Allah icazə vermir). Bəzi insanlar təravih namazını dəlil gətirərək deyirlər ki, bəs niyə təravih namazı qılınır. Halbuki təravih namazı bidət deyildir. Dini cəhətdən yenilik olan bir şeyə bidət deyilir. Həzrəti Ömərin təravih namazı haqqında “nə gözəl bidətdir” sözünə gəldikdə isə, burada şəriət mənasında yox, lüğəvi mənada, deyiliş mənasında işlənmişdir.

Tərcüməçi: Allahın rəsulu (ona və ailəsinə salam olsun) hər bir xütbəsinin əvvəlində “hər bir bidətin sonu zəlalət, hər zəlalətin sonu da Cəhənnəmdir” sözünü işlətməsi onun bidətə qarşı sərt olduğunu açıq aşkar ortaya qoyur. Təəssüf edirik ki, bu dövrümüzdə 70 il dini anlayışdan uzaq cəmiyyətin içərisində bidətlər bir din kimi yerinə yetirilir. Bütün bunların səbəbi vətəndaşlarımızın və valideynlərimzin hələ də gözəl və uca dinimizi olduğu kimi bilməmələrindən qaynaqlanır. Bununla belə biz bacardıqca və tədricən onlara dini əsl olduğu kimi, Allahın və Onun Rəsulunun istədiyi kimi təbliğ etməlyik. Müvəffəqiyyət bəxş edən Allahdır. Allah təala gözəl dinimizi təbliğ etməkdə bizim hamımıza müvəffəqiyyət bəxş etsin. Amin!



Abdulaziz ibn Abdullah ibn Bazın fətvalarından

Ərəbcə tərcümə edən: İlahiyyatçı
Əlyazmalar İnistitutunun Elmi İşçisi
Əkrəm Həsənov


Tarix: 02.04.2013 / 20:49 Müəllif: *Beyaz_Gul* Baxılıb: 275 Bölmə: Maraqlı melumatlar
loading...