Sual: İnsanlar sıxıntılı vəziyyətdən o həddə qədər təsirlənirlər ki, bu onların fiziki və əqli sağlamlığında dərin iz buraxır, riqqət oyadır. Sıxıntı və narahatlığın aradan qalxması üçün dua etməkdən əlavə müsəlman bir psixoloq və psixiatrın köməyi üçün ona müraciət edə bilər? Belə ki, ola bilsin ki, sıxıntı keçirən insanın problemlərin həlli ilə əlaqədar müəyyən əqli çətinlikləri var. Buna icazə verilirsə, elə isə həkimin əqidəsinin doğru olub-olmamasını yoxlamaq vacibdirmi? Həmçinin sıxıntının, təlaşın səviyyəsini, dərəcəsinin daha yaxşı şəkildə öhdəsindən gəlmək üçün həkim tərəfindən yazılan sıxıntıya qarşı dərmanlar və yaxud insanın əhvalının tənzimlənməsi üçün yazılan əlaclardan istifadə etmək olar?
Cavab: Həmd Allaha məxsusdur.
İnsanın başına gələn xəstəlikləri müalicə etməkdə heç bir yanlış addım yoxdur. Bu şəriətdə qadağan edilməmişdir. Lakin şərtlərdən biri budur ki, həmin müalicə problemin özündən daha pis, zərərli olan yan təsirlər ortaya çıxarmamalıdır.
Sıxıntı, ruhi əzab kimi ruhi xəstəliklər və yaxud müxtəlif ağrı növləri olan fiziki xəstəliklərə düçar olan insana məsləhətimiz budur ki, hər şeydən əvvəl həmin xəstəliyi, problemi şəriətimizdə buyurulan “rüqyalar” vasitəsilə müalicə etməyə çalışsın. Yəni, şəriətdə məsləhət görülən Qurandan ayələr və hədislərlə. Bu ayə və hədislərdə xəstələr üçün şəfa yolları göstərilir.
Daha sonra xəstəliyinizi Allah təalanın yaratdığı bal, bitkilər kimi təbii maddələrlə müalicə etməyinizi məsləhət görürük. Çünki Allah təala həmin bitkilərdə xüsusi özəlliklər yaratmışdır ki, bir çox xəstəlikləri onlarla müalicə etmək olar və eyni zamanda bunları qəbul edən xəstə üzərində onların yan təsirləri yoxdur.
Düşünürük ki, sıxıntının müalicəsi üçün kimyəvi çarələrə baş vurmaq lazım deyil. Çünki bu cür xəstəliklər üçün kimyəvi deyil, mənəvi müalicə üsullarına baş vurulmalıdır.
Beləcə, həmin insan ilk öncə imanını artırmalı və Rəbbinə olan təvəkkülünü yüksəltməlidir. Çoxlu dua etməli və çoxlu ibadət etməli, namaz qılmalıdır. Bunu edərsə, onun təlaşı, sıxıntıları keçib gedəcəkdir. İbadət, itaət əməllərini etməklə rahatlaşmağın, dincəlməyin insanın ruhu üzərində böyük müsbət təsirləri var. Belə ki, bunlar psixoloji xəstəlik növlərinin çoxunu aradan qaldırır. Nəticə etibarilə, əqidəsi, inancları düzgün olmayan bir psixoloqun yanına getməkdə sizin üçün heç bir faydanın hasil olacağını düşünmürük, qaldı ki, kafir olan birinin yanına getməyə. Həkim Allah və Onun dini haqqında nə qədər elmli olarsa, öz pasientinə bir o qədər yaxşı məsləhət verir.
Allah təala buyurur: “Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!)” (ən-Nəhl 16:97)
Rəvayət olunur ki, Şüeyb demişdir: Allah rəsulu sallallahu aleyhi və səlləm demişdir: “Möminin halı necə də qəribədir, çünki onun bütün işləri xeyirdir, xeyir var. Və bu ancaq möminə xasdır. Onun başına xeyir bir iş gəldikdə şükr edər və bu onun üçün xeyir olur, başına xoşagəlməz bir iş gəldikdə o buna səbir ilə dözər, və bu da onun üçün xeyir olar”. (Müslim 2999; rəvayət etmişdir).
Bu dünya həyatı müsəlmanın əsas dərd-qəmi, fikri-zikri olmamalıdır. Ruzi məsələsi onun qəlbində və yaxud ağlında özünə yer tapmamalıdır ki, onun xəstəliyini və təlaşını, sıxıntısını daha da pisləşdirməsin.
Ənəsin radiyallahu anhu belə dediyi rəvayət olunur: “Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Kimin dərdi axirət dərdi olarsa Allah varlığı onun qəlbində edər. İşlərini düzüb qoşar, dünya istəmədiyi halda ona gələr. Əgər kimin dərdi dünya dərdi olarsa Allah kasıblığı onun qarşısında edər. Allah onun işlərini dağıdar. Ona dünyadan yazılandan başqası verilməz”. (Tirmizi 2389; Şeyx Albani Səhih əl-Cami 6510 əsərində hədisi səhih olaraq təsnif etmişdir).
İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) demişdir: “İnsan bütün gününü başqa dərd-qəm, qayğı ilə deyil yalnız Allah Sübhənahu və təalanı fikirləşməklə keçirərsə, Allah onun bütün ehtiyaclarının öhdəsindən gələr, qayğısına qalar və onu narahat edən hər bir şeyi həll edər. Allah təala həmin qulun qəlbini boşaldar ki, qəlbi yalnız Ona qarşı sevgi ilə dolsun, dilini azad edər ki, dili yalnız Allahı zikr etsin və onun bütün əzalarının Allaha itaət etmək üzrə çalışmasına səbəb olar.
Lakin qul bütün gününü başqa şey deyil yalnız dünyanı fikirləşməklə keçirərsə, Allah dünyanın sıxıntısı, qəm kədəri, təlaşı və ağrılarını daşımağa onu vadar edər; Allah təala onu öz başına tərk edər və onun qəlbini Allaha qarşı olan sevgidən məxluqa qarşı olan sevgiyə yönəldər, onun dilini Allahı deyil insanları zikr etməyə yönəldər, onun savadı və enerjisini onlara itaətə və onlara xidmətdə istifadəyə yönəldər. Beləcə o kəs çoxlu səy göstərər, bəzi işçi heyvanı kimi zəhmət çəkər ki, Allahdan başqa şeylərə xidmət etsin... Hər kim Allahın həqiqi qulu olmaqdan, Ona itaətdən və Onu sevməkdən üz döndərərsə bəzi məxluqlara xidmət etmək, sevgi və itaət etməklə yüklənər. Allah təala buyurur: “Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı urcah edərik və onun (Şeytanın) yaxın dostu olar”. (əz-Zuxruf 43:36)
əl-Fəvaid, səh.159
Şeyx ibn Üseymin (Allah ona rəhmət etsin) demişdir:
“Mömin bir kəs ruhi cəhətdən xəstə ola bilər? Şəriətə gör bunun müalicəsi nədir? Həmçinin nəzərə alın ki, müasir tibb bunu yalnız müasir dərmanlarla müalicə edir.
O cavab vermişdir: “Sözsüz ki, insan psixoloji və gələcək barəsində narahatlıq və keçmişinə görə peşmançılıq kimi ruhi xəstəliklərdən əziyyət çəkə bilər. Psixoloji xəstəliklərin bədənə zərərli təsiri fiziki xəstəliklərin təsirindən daha yüksəkdir. Məlum olduğu kimi, şəriətimizdə icazə verilən vasitələrlə-yəni, rüqya ilə- bu xəstəlikləri müalicə etmək, onları fiziki xəstəliklərlə müalicə etməkdən daha effektlidir.”
Xəstəlikləri müalicə etmək üçün İbn Məsudun (radiyallahu anhu) rəvayət etdiyi səhih hədisdə qeyd olunan üsullardan biri aşağıda keçdiyi kimidir:
İbn Məsud səhih hədisdə rəvayət etmişdir: Dərd, qəm-qüssəyə tutulan elə bir kəs yoxdur ki:
“Allahummə inni abdukə, ibnu abdikə, ibnu əmətikə, nasıyəti biyədikə, madın fiyyə hukmukə, adlun fiyyə qadaukə, əs`əlukə bi kulli ismin huva ləkə, səmmeytə bihi nəfsəkə, əu ənzəltəhu fi kitəbikə, əu alləmtəhu əhədən min xalqikə, əu istə`sərtə bihi fi ilmil-ğaybi indəkə, ən təc`aləl-Qur`anə rəbia qalbi, və nura sadri, və cəlaə huzni, və zəhabə həmmi
Tərcüməsi: (Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Kəkilim (məni idarə etmək) Sənin əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin yaxud yaratdıqlarından kiməsə öyrətdiyin yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi (üçün səbəb) et)”-söyləyəsə, Allah onu üzüntü, kədərdən azad edər. Bu şəriətdə buyurulan müalicə üsullarından biridir.
Həmçinin belə də demək olar: “Ləə iləəhə illə əntə, subhəənəkə inni kuntu min az-zaalimiin”. Bu Qurani Kərimdən ayədir. Allah təala buyurur: “Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbirsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüz, yaxud hokmümüzün ona yetməyəcəyini) güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): “(Ya Rəbbi!) Səndən başqa ibadətə haqqı olan heç bir ilah yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)”,-deyib dua etmişdi (Ənbiyə, 21:87).
Bundan daha ətraflı məlumat əldə etmək istəyənlər alimlərin zikr barəsində yazdıqları kitablara müraciət edə bilərlər.
• İbn əl-Qeyyim Əl-Vəbil əl-Seyyib
• Şeyxul İslam ibn Teymiyyə, Əl-Kəlim əl-Tayyib
• Əl-Nəvəvi, əl-Əzkər
• İbn əl-Qeyyim, Zad əl-Məad
Lakin indiki dövrümüzdə insanların imanı zəif olduğundan, onlar şəriətdə buyurulan müalicə üsullarına qarşı daha az üz tuturlar. Gördüyünüz kimi hal-hazırda insanlar şəriətdə buyurulan müalicə üsullarından daha çox fiziki dərmanlara etibar etməyə başlamışdırlar. Lakin insanın imanı güclü olanda, şəriətdə buyurulan müalicə üsulları, çarələri tamamilə effektli olur və fiziki dərmandan daha sürətli müsbət təsir bağışlaya bilər. Hər birimiz peyğəmbərin sallallahu aleyhi və səlləm yürüşə göndərdiyi kəsin hekayətini bilirik. O bəzi ərəb camaatının yanında düşərgə salır. Lakin onun yanında düşərgə salan insanlar ona qarşı heç bir qonaqpərvərlik göstərmirlər. Allah təala onların başçılarının əqrəb tərəfindən sancılmasını iradə edir və onlar biri-digərinə deyir: “Yaxınlıqda düşərgə salan insanların yanına gedin, ola bilsin ki, onların yanında raqi (rüqya oxuyan) tapacaqsınız”. Səhabələr onlara deyirlər: “Siz bizə bu qədər sayda qoyun verməyincə, sizin başçınız üçün rüqya oxuyan deyilik”. Onlar deyirlər: “Əla”. Beləliklə, səhabələrdən biri gedir və əqrəbin sancdığı kəsə rüqya oxuyur. O sadəcə Fatihə surəsini oxuyur və sancılan kəs zəncirdən azad edilmiş şəxs kimi ayağa qalxır.
Bu insan üzərində Fatihə surəsinin oxumağın təsiri həmin qəlbin imanla dolu olmasından dolayı idi. Peyğəmbər sallallahu aleyhi və səlləm ondan soruşur: “Sən haradan bildin ki, bu (Fatihə Surəsini) rüqya kimi oxumaq olar?”
Lakin indiki çağımızda, dini bağlılığın və imanın zəiflədiyi bir vaxtda insanlar sadəcə xarici fiziki dərmanlara etibar etməyə, güvənməyə başlamışdırlar və bunun nəticəsi olaraq da əziyyət çəkirlər.
Lakin digər tərəfdən, insanların ağılları ilə oyun oynayan fırıldaqlar, şarlatanlar ortaya çıxmışdır. Onlar diribaşdırlar və insanları aldatmağı bacarırlar. İddia edirlər ki, onlar yaxşı rüqya oxuyurlar. Əslində isə onlar insanların mallarını haram yolla istismar, istehlak edirlər, yeyirlər. Beləcə insanlar iki vəziyyət arasında qalırlar: birinci vəziyyət budur ki, insanlar rüqyanın tamamilə heç bir təsirinin olmadığını düşünürlər.
İkinci hədd isə batil, yalan, saxta və aldadıcı qiraətlər mütailə etməklə, oxumaqla insanların zehinləri, ağılları ilə oynayan fırıldaqlardır.
Fətəvə İsləmiyyə, 4/465, 466
Tarix: 14.04.2013 / 13:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 514 Bölmə: Maraqlı melumatlar