Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bank vasitəsilə mal idxal etmək

+Sual: Bir nəfərin peşəsi, işi elədir ki, öz laboratoriyası üçün xaricdən mal idxal etməyi zəruri edir. Malı qəbul edəndə özü deyil, onun əvəzinə bank pulu ödəyir. Özü isə banka borcunu, ödənişi əvvəlcədən razılaşdıqları, təyin olunmuş müddətdə ödüyür. Bankın təmin etdiyi xidmətlərə görə əlavə pul ödəməlidir. Bu əlavə ödəniş danışıqdan asılıdır. 5% və yaxud çox-az ola bilər. Malların faktiki məbləğinə əlavə olunan bu əlavə məbləğ nağd ödənişin müddətini uzatmaq üçündür.

Cavab: Həmd Allaha məxsusdur.

Bu müamilə iki cür ola bilər:

1. Birinci halda-bank malları özü üçün alır, sonra mala sahib olduqdan sonra onları müştəriyə satır. Bu müamilə bəzi islam banklarının həyata keçirdiyi icraatdır. Murabaha sövdələşməsi adlanır, müştərinin maraqlarına xidmət edən akkreditiv (etimadnamə) açılır. Buna icazə verilir. Çünki bank bir halda ki, malı özü üçün alır və buna sahib olur, o zaman bank bunu daha yüksək qiymətə sata bilər. Ödənişi nağd və yaxud hissə-hissə (taqsit ilə) ala bilər. Məsələn, yüzə alıb hissə-hissə olmaqla yüz ona sata bilər.

Lakin bu halda, bankın mala faktiki olaraq sahib olduğunu əks etdirmək və məsələnin sadəcə hiylə olmaması üçün öz adından akkreditiv verməsi şərtdir.

2. İkinci halda-bankın işi sadəcə alışı maliyyələşdirməkdir. Bank malı özü üçün almır. Müəyyən gəlir və yaxud fayda müqabilində malı müştəri üçün alır. Bu riba, faizə əsaslanan haram əqddir. Çünki, əslində bu faizli kreditdir, borcdur. Bank müştəriyə 100 (riyal və s.) borc verir və qarşılığında 110 (riyal) geri alır.

Ətraflı məlumat üçün baxın: Əl-Xədaməət əl-İstisməriyyə fil Məsəərif, Dr. Yusif əl-Şubeyli (2/470)


Tarix: 06.04.2013 / 15:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 109 Bölmə: Maraqlı melumatlar
loading...