Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamda ata-anaya və babalara xərcləmək vacibdirmi?

Sual: Atama və babama xərcləmək mənə vacibdirmi? Qeyd edim ki, mən qadınam.

Cavab: Həmd Allaha məxsusdur.

Valideynlər fəqirdirlərsə onlara xərcləmək (infaq etmək) oğlan və yaxud qız övladına vacibdir. Onlara infaq etməyin vacibliyinə Quran, sünnə və icma (alimlərin yekdil rəyi) dəlalət edir.

Allah təala buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur”. (əl-İsra 17:23)

Həmçinin ehtiyac içində olduqlarında onlara infaq etmək ehsan əməllərdəndir (yaxşılıqdır, xeyir əməldir).

Aişədən (radiyallahu anhə) rəvayət olunmuşdur ki, peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Kişinin yediyi şeylər içində ən yaxşısı öz qazancındandır, oğlu onun qazancındandır. Əbu Davud (3528) rəvayət etmişdir və Şeyx Albani “Səhih Əbi Davud” əsərində hədisi səhih olaraq təsnif etmişdir.

İbn əl-Münzir demişdir: Alimlər yekdil rəyə gəlmişdirlər ki, heç bir gəliri və yaxud malı olmayan fəqir valideynlərə infaq etmək övladın malının üzərinə vacib olur.

Sitatın sonu.

Bəhz ibn Həkim atasından, o da babasından rəvayət edir ki, mən peyğəmbərdən sallallahu aleyhi və səlləm soruşdum:”Ey Allahın elçisi! Ən çox kimə qayğı göstərilməlidir? Dedi: Anana! (Yenə) soruşdum: Ən çox kimə qayğı göstərilməlidir? Dedi: Anana! (Yenə) soruşdum: Ən çox kimə qayğı göstərilməlidir? Dedi: Anana! (Yenə) soruşdum: Ən çox kimə qayğı göstərilməlidir Dedi: Atana! Sonra da ən yaxın və ən yaxın olanlara”

Ata tərəfdən və ana tərəfdən olan baba və nənələrə xərcləmək vacibdir. Bu cumhur alimlərinin (o cümlədən üç imam; Əbu Hənifə, əl-Şafi və Əhmədin) rəyidir. Çünki baba “ata” adlandırılır. Allah təala buyurur: “O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı”. (əl-Həc 22:78)

Allah təala buyurur: “...Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin”. (ən-Nisa 4:22).

Burada “atalar” kəliməsinə ata, həmçinin ata-ana tərəfdən baba daxildir.

Allah təala buyurur: “onun valideynlərinin” hər birinə qoyub getdiyi malının altıda bir hissəsi çatır. (ən-Nisa 4:11).

Burada “valideynlər” kəliməsinə həm baba, həm də nənə daxildir.

Nənə də həmçinin ana adlanır. Allah təala buyurur: “Sizə analarınız ilə... evlənmək haram edildi..” (ən-Nisa 4:23). Alimlərin yekdil rəyinə görə bura ana və nənə daxildir.

Baba “ata”, nənə isə “ana” adlandırıldığından həmin dəlil onlara da aid edilir, bu da dəlalət edir ki, valideynlərə qarşı ehsan etmək və onlara infaq etmək vacibdir.

Baxın: “əl-Muğni (11/372)”.

Atalar və babalara infaqın vacib olmasının şərtlərindən biri onların kasıb və övladın isə zəngin olmasıdır. Çünki peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Özünüzdən başlayın və özünüzə xərcləyin. Əgər artıq bir şey qalarsa, o zaman ailənizə verin. Əgər ailənizdən (ona veriləndən) artıq bir şey qalarsa, o zaman qohumlarınıza verin”. (Müslim 997)

Şeyx ibn Cibrin (Allah onu qorusun) demişdir: Valideynlər kasıbdırlarsa və qız övladında öz ehtiyacından əlavə mal varsa, o zaman öz ehtiyaclarından azaltmadan valideynlərinin ehtiyacını qarşılayacaq qədər onlara xərcləmək qıza vacibdir. Sitatın sonu.

Buna əsaslanaraq, qadın zəngindirsə və valideynləri fəqirdirlərsə onlara xərcləmək qadına vacibdir.


Tarix: 05.04.2013 / 20:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 191 Bölmə: Maraqlı melumatlar
loading...