Allah-təala buyurur:
“(Məkkə müşrikləri) Allahı qoyub yalnız qadın bütlərə dua edir və yalnız asi (inadkar) şeytana ibadət edirlər.
Allah şeytana lənət etdi. O isə dedi: “Əlbəttə, mən sənin bəndələrindən lazımi payı alacağam” (ən-Nisa: 117-118).
“De ki: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərəmi dua edəcək və Al-lah bizi doğru yola yönəltdikdən sonra Yer üzündə şaşqın dolaşarkən şeytanların azdırdığı adam kimi geriyəmi (küfrə) döndəriləcəyik? Halbuki dostları ona: “Bizə tərəf gəl!” deyərək haqq yola ça-ğırırdılar. De ki: “Allahın hidayəti (Islam) doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmişdir” (əl-Ənam: 71).
“Allahdan başqa dua etdikləriniz də sizin kimi bəndələrdir. Əgər bu aləmdə haqlısınızsa, onda onları çağırın, qoy sizə cavab versinlər” (əl-Əraf: 194).
“Sizin Allahdan başqa dua etdiklərinizsə nə sizə, nə də özgələrinə kömək edə bilər” (əl-Əraf: 197)
“Allahdan başqa sənə nə xeyir, nə də zərər verə bilənlərə dua etmə! Əgər bunu etmiş olsan, şüb-həsiz ki, özünə zülm edənlərdən olacaqsan!” (Yunus: 106).
“Haqq olan yalnız Allaha olan duadır. Ondan baş-qasına edilən dualar qəbul olunmaz. Müşriklərin vəziyyəti ağzına su almaq üçün iki ovcunu açan, lakin suyun yetişmədiyi adamın vəziyyətinə bənzəyir. Kafirlərin duası zəlalətdən (yol azmaqdan) başqa bir şey deyildir!” (ər-Rədd: 14).
“Dua edilən Allahdan qeyriləri heç bir şey yara-da bilmirlər, onlar özləri yaradılmışdır. Onlar ölüdür, diri deyillər, nə vaxt diriləcəklərini də bilməzlər” (ən-Nəhl: 21).
“Bunlar o deməkdir ki, Allah haqq, Ondan başqa dua edilənlərsə batildirlər. Həqiqətən, Allah (hər şeydən) uca və böyükdür” (Loğman: 30; əl-Həcc: 162).
“Ey insanlar! Çəkilən məsələ qulaq asın! Dua edi-lən Allahdan başqa qeyriləri hamılıqla toplaşsa-lar belə, bir milçək də yarada bilməzlər. Əgər milçək onlardan bir şey zəbt edib aparsa, onu geri ala bilməzlər. Istəyən də aciz, istənilən də!” (əl-Həcc: 73).
“Allahla yanaşı başqa bir tanrıya heç bir əsası olmaya-olmaya dua edənin haqq-hesabı Allahın əlin-dədir. O, kafirlərə nicat verməz” (əl-Muminun: 117).
“Elə isə, çəkin! Allahla yanaşı başqa bir tanrı-ya dua etmə, yoxsa əzaba düçar olarsan” (əş-Şüəra: 213).
“Allahla yanaşı başqa bir tanrıya dua etmə! Al-lahdan başqa heç bir tanrı yoxdur! Allahdan başqa hər şey məhkumdur! Hökm onundur! Siz məhz onun hü-zuruna qaytarılacaqsınız!” (əl-Qəsəs: 88).
“Allahdan qeyrisini özünə övliya seçənlər özünə yuva qurmuş hörümçək kimidirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır! Kaş biləydi-lər! Şübhəsiz ki, Allah onların Allahı qoyub nəyə dua etdiklərini bilir. O, yenilməz qüvvət və hikmət sahibidir!” (əl-Ənkəbut: 41-42).
“Allah gecəni gündüzə, gündüzü də gecəyə qatar. O, günəşi və ayı da özünə tabe etmişdir. Onlardan hər biri öz dairəsində müəyyən vaxtadək dövr edər. Bu sizin Rəbbiniz olan Allahdır. Hökm Onundur. Sizin Ondan qeyri dua etdikləriniz bir çərdək qa-bığına belə sahib deyillər. Əgər siz onlara dua etsəniz, onlar sizin duanızı eşitməzlər, eşitsə-lər də, cavab verməzlər. Özləri də qiyamət günü si-zin şərik qoşduğunuzu danacaqlar. Heç kəs sənə (Peyğəmbərə) hər şeydən xəbərdar olan Allah kimi xəbər verə bilməz!” (Fatir: 13-14).
“Həqiqətən, əgər onlardan: “Göyləri və yeri kim yaratmışdır?!” - deyə soruşsan, mütləq: “Allah!” - deyə cavab verəcəklər. (Ya Məhəmməd!) De ki: “Elə isə bir söyləyin görək, əgər Allah mənə zərər ver-mək istəsə, sizin Allahdan qeyri dua etdikləriniz Onun zərərini aradan qaldıra bilərmi? Yaxud: “Əgər Allah mənə bir mərhəmət göstərsə, onlar Onun mərhəmətinə mane ola bilərmi?! De ki: “Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər!” (əz-Zümər: 38).
“(Ya Məhəmməd!) Bu müşriklərə de ki: “Mənə bir xəbər verin, göstərin görüm, sizin Allahdan başqa dua və ibadət etdikləriniz yer üzündə nə yaratmış-lar?! Yoxsa onların göylərdə Allahla bir şərik-liyi var?! Əgər doğru deyirsinizsə, mənə bu Quran-dan əvvəl (Allahdan nazil olmuş) bir kitab, yaxud elmdən bir nişanə gətirin!
Allahı qoyub qiyamətədək özünə cavab verə bilmə-yən bütlərə dua edən kimsədən daha çox haqq yolun-dan azmış kim ola bilər? Halbuki bu bütlər onla-rın dualarından xəbərsizdirlər!
Insanların məhşərə toplanacaqları zaman bu bütlər onlara düşmən olacaq və onların dualarını inkar edəcəklər” (əl-Əhqaf: 4-6).
“Şübhəsiz ki, bütün məscidlər Allaha məxsusdur. Allahla yanaşı başqa birisinə dua etməyin!” (əl-Cinn: 18).
“(Ya Məhəmməd!) De ki: “Mən Rəbbimə dua edərək Ona heç nəyi şərik qoşmaram”. De ki: “Mən sizə nə zərər, nə də xeyir verə bilərəm!” (əl-Cinn: 20-21).
Bu məzmunda ayələrin sayı çoxdur.
Hədislər:
1. Nüman ibn Bəşirdən (Allah ondan və atasın-dan razı olsun!) rəvayət olunur ki, Rəsulullah (s.ə.a.s) dedi: “Dua ibadətdir” və sonra bu ayəni oxudu: “Rəbbimiz buyurdu: “Mənə dua edin ki, mən də sizə cavab verim. Mənə ibadət etməyi təkəbbürünə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girə-cəklər” (Qafir və ya əl-Mümin: 60). (Qaynaqlar: Əbu Davud, “əs-Səlat”, 2/76-77; Tirmizi, üç yerdə:
1. “əl-Bəqərə” surəsinin təfsiri, 5/211;
2. “Qafir” surəsinin təfsiri, 5/374-375;
3. “Dualar”, 5/456.
Ibn Macə, “Dua”, 2/1258. Səhih istinadlı hədis-dir).
2. Abdulla ibn Abbasdan (Allah ondan və atasın-dan razı olsun!) rəvayət olunur ki, o, Peyğəmbərin (s.ə.a.s) tərkinə mindiyi vaxt Peyğəmbər (s.ə.a.s) de-yir: “Ey cavan oğlan! Mən sənə bu sözləri öyrədirəm. Allahı yadda saxla ki, səni qorusun. Allahı yadda saxla ki, onun yanında qalasan. Bir şey soruşsan, yalnız Allahdan soruş, kömək diləsən, yalnız Al-lahdan dilə; bil ki, əgər bütün millət sənə bir xe-yir vermək üçün bir yerə toplaşsa, sənə Allahın ya-zısından artıq bir şey verə bilməz. Bil ki, əgər ümmət sənə zərər vermək üçün bir yerə toplaşsa, Allahın yazısından artıq bir şey edə bilməz. Qə-ləmlər artıq qaldırılmışdır, mürəkkəb qurumuş-dur” (Qaynaq: Tirmizi, “Qiyamətin əlaməti”, 59-cu fəsil, 4/667; Əhməd, 1/293. Səhih istinadlı hə-disdir.)
Tarix: 14.04.2013 / 14:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 534 Bölmə: Maraqlı melumatlar