Sual: Mən fiziki gücümü artırmaq üçün bədənim üzərində işləyirəm (bodi -bildinq) məşqlər edirəm və niyyətim Allah yolunda çalışmaqdır.
1. Allahdan bağışlanma istəmək bədəni gücləndirir? Allahdan bağışlanma istəməyin vaxtları hansılardır və neçə dəfə bağışlanma istəmələyik?
2. Ümidvaram ki, gücümü artırmaq üçün siz mənə bəzi dua və zikrləri söyləyəcəksiniz.
Cavab:
Həmd Allaha məxsusdur.
Məşğul olduğunuz idman növü ilə əlaqədar belə yaxşı niyyət etməyiniz sizin tərəfdən çox gözəl bir addımdır, çünki yaxşı niyyət "adəti" ibadətə çevirir.
Lakin sizin suala, yəni bağışlanma istəməyin insanın gücünü artırıb-artırmamasına gəldikdə isə bu sualınıza cavab müsbətdir. Bəli. Allah təala bizə peyğəmbəri Lutun əleyhissəlam öz qövmünə belə dediyini bildirir: "Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu (peydərpey) yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın" (Hud, 52).
İbnu`l Qeyyim rahiməhullah əl-Va`bil əl-Seyyib(səh. 77) əsərində, zikrin faydalarını sadaladıqdan sonra, həmçinin bağışlanma istəməyi qeyd edərək buyurur:
Fayda N: 61:
Zikr insana elə bir güc verir ki, insan zikrsiz edə bilmədiyi şeyləri bununla edir. Mən Şeyxu`l İslam ibn Teymiyyənin rahiməhullah yerişi, nitqi, cəsarəti və yazısının gücü ilə əlaqədar möcüzələrə şahid oldum. O, bir gündə bir katibin bir həftə və ya ondan uzun müddətdə yazdığını yazırdı. Döyüşdə qoşunlar onun heyrətləndirici gücünə şahid olmuşdurlar. Peyğəmbər sallallahu aleyhi və səlləm qızı (Fa`timə radiyallahu anhə) buğda uyütmədəki çətinliklərdən ona şikayət edərək ondan (onun ailəsinə) işləmək və qulluq etmək üçün qulluqçu istədiyində, o sallallahu aleyhi və səlləm Fa`timəyə radiyallahu anhə və Əliyə radiyallahu anhu yatmağa gedəndə hər gecə 33 dəfə təsbi`h (sübhənallah), 33 dəfə təhmi`d (əlhəmdulilləh) və 34 dəfə təkbi`r (Allahu Əkbər) deməyi öyrətmişdir. O sallallahu aleyhi və səlləm ona (Fa`timəyə) onu (zikri) öyrətdi və dedi: "Bu sənin üçün quldan daha yaxşıdır".
Həmçinin belə söyləyirlər ki: "Kim onu (zikri) etməkdə israrlı (davamlı) olarsa, öz bədənində güc tapacaq və bu güc qula olan ehtiyacdan onu azad edəcəkdir. Sitatın sonu.
Zikrin vaxtına və sayına gəldikdə, zikr təkarlanmalıdır, mömin Allahı hər an və bütün hallarda xatırlamalıdır. Allah təala buyurur: "O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!" (A`li –İmra`n, 191).
Peyğəmbər sallallahu aleyhi və səlləm Allahı bütün anlarında zikr edərdi. (Muslim rəvayət edir).
Ona görə də, insan Allahı bol-bol zikr etməli və bağışlanma diləməlidir. Nə qədər çox olsa, bir o qədər yaxşıdır.
Allah təala buyurur: "Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin!" (Əhzab, 41-42).
Allah təala buyurur: "Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!" (Əhzab, 35).
Muslim (2702) əl-Əğarr əl-Muzanidən radiyallahu anhu rəvayət edir ki, Allah Rəsulu sallallahu aleyh və səlləm dedi: "Mən gündə Allahdan yüz dəfə bağışlanma istəyirəm".
Həmçinin, Əbu Da`vud (1516) İbn Ömərdən radiyallahu anhu rəvayət edir ki, o dedi: "Biz Allah Rəsulunun bir oturuşda yüz dəfə "Rabbiğfirli va tubb aleyyə, innəkə əntə əl-Təvva`b əl-Rahi`m" (Ey Rəbbim məni bağışla və tövbəmi qəbul et, həqiqətən də Sən Tövbələrin qəbul edən və ən Rəhimlisən) dediyini sayardıq.
Şeyx Albani rahiməhullah Sa`hih Əbu Davudda hədisi səhih adlandırmışdır.
Tarix: 17.04.2013 / 13:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 209 Bölmə: Maraqlı melumatlar