Günah işləmənin cəzalarından biri də həyanın yox olmasına gətirib çıxarır.
Həya – hər xeyirin əsasıdır və ondan məhrum olan bütün xeyirlərdən dərhal məhrum olur.
“Səhih”də rəvayət edilir ki, Peyğəmbər (sav) buyurub: “Həya – bütövlükdə xeyirdir”.
Həmçinin məlumdur ki, Peyğəmbər (sav) buyurub: “İnsanların əvvəlki peyğəmbərliklərdən dərk etdikləri hikmət: utanmırsansa istədiyini et”.
Bu sözlərin iki təfsiri var.
Birinci rəyə əsasən bu çəkindirmə və şiddətli xəbərdarlıqdır ki, utanmayan insan həyanın yol vermədiyi bütün mümkün olan abırsız əməlləri edir. Əgər insan onu abırsız əməllərdən qoruyan həyadan məhrumdursa, onda onları edir. Bu rəyi Əbu Ubayda verib.
Ikinci rəy - Allah qarşısında əməlinə görə utanmırsansa onda onu edə bilərsən, çünki insan Onun qarşısında elədiyindən utanmamaqdan çəkinməlidir. Bu rəyi ibn Hani imam Əhmədin sözlərindən rəvayət edib.
Beləlikə, birinci rəy Allahın sözünə bənzər: “İstədiyinizi edin!” (Fussilat, 40) xəbərdarlığını nəzərdə tutur.
Kimsə soruşa bilər: “Hədisin hər iki təfsirini qəbul etmək olar?”
Xeyr, hətta mətnlərin müxtəlif təfsirini mümkün hesab edənlərin rəyinə əsasən də olmaz, çünki icazə ilə xəbərdarlıq arasında böyük fərq var. Lakin deyilən rəylərin hər biri o birisindən irəli gəlir.
Bunun mənası ondadır ki, günahlar qulun həyasını azaldır və bəzi hallarda tamamilə məhrum edir və beləliklə o, heç nəzərə almır ki, insanlar onun pis əməllərini görür və onun pis vəziyyəti barədə bilirlər. Bundan əlavə, onların çoxu hərəkətləri və pis əməlləri barəsində danışırlar və buna onları həyanın olmamasından başqa heç nə vadar etmir. Qul belə vəziyyətə çatdıqda onun düzəlməsinə heç bir ümid qalmır.
“Həya” sözü “həyat” sözündən yaranıb. Yağış “hayan” sözünə görə adlandırılıb, çünki o torpağı, bitki və heyvanları həyata qaytarır. “Hüya” sözü ilə bu dünyadakı və vəfatdan sonrakı həyatı adlandırırlar, çünki həyadan məhrum olan bu dünyada ölü, axirətdə isə bədbəxtdir. Günahlar, həyanın kifayət qədər olmaması və qısqanclığın olmaması arasında əlaqə var və bu qüsurun birinin peyda olması digər iki qüsurun tezliklə peyda olmasına gətirir. İnsan günah etdikdə Allahdan utanırsa, Allah da görüş günü onu cəzalandırmaqdan utanar, lakin o günahlardan utanmırsa, Allah da onu utanmadan cəzalandırar.
Tarix: 12.04.2013 / 20:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 131 Bölmə: Maraqlı melumatlar