Sual- Bir hədis ilə bağlı sualım var. Bu hədis nə dərəcədə doğrudur? Muhəmməd sallallahu aleyhi və səlləm olmasaydı, Allah təala bu dünyanı xəlq etməzdi. Sözün doğrusu bu hədis barəsində bir az şübhəliyəm, bu məsələyə bir az açıqlama gətirə bilərsiniz?
Cavab-
Həmd Allaha məxsusdur.
Bənzər sözlər ifadə edən bir çox yalan və uydurma hədislər rəvayət edilmişdir. Məsələn: “Sən olmasaydın, MƏN kainatı yaratmazdım”.
Əl-Şəukani Əl-Fəvəid əl-Məcmuəh fil Əhədis əl-Məvduəh (səh.326) əsərində bunlara toxunmuş və demişdir:
Əl-Sənani demişdir: bu uydurmadır.
Əl-Albani əl-Silsilə əl-Daifə (282) əsərində demişdir: uydurmadır.
Başqa bir misal Hakimin rəvayət etdiyi hədisdir. Bu barədə İbn Abbas demişdir:
“Allah İsa əleyhissəlama vəhy etdi: “Ey İsa, Muhəmmədə iman gətir və ümmətindən rastlaşdığın hər kəsə ona iman gətirməsini söylə. Çünki, Muhəmməd olmasaydı, MƏN Adəmi xəlq etməzdim, Muhəmməd olmasaydı cənnət və cəhənnəmi xəlq etməzdim. MƏN ərşi suyun üzərində yaratdım və onun üzərində “Lə iləhə ill-ALLAH Muhəmmədən Rəsulullah “yazmayana qədər ərş qərar tutmadı.
Hakim demişdir: bu hədisin isnadı səhihdir! Lakin əl-Zəhəbi bu barədə şərh vermiş və demişdir: Mən inanıram ki, bu uydurmadır və yalan olaraq Səidə istinad edilmişdir.
Yəni, Səid ibn əbu Ərubaya (bu hədisin rəvayətçilərindən biri) nisbət edilmişdir. Bu hədisi ondan Amr ibn Avs əl-Ənsari rəvayət etmişdir. Bu şəxs sözügedən hədisi uydurmaqda ittiham edilən biridir. Əl-Zəhəbi Əl-Mizan əsərində onun adını qeyd etmiş və demişdir: “O münkər hədis uydururdu”, sonra Zəhəbi sözügedən hədisi sitat gətirmiş və demişdir: “Mən inanıram ki, bu uydurmadır”. Əl-Lisan əsərində bildirildiyi kimi Əl-Hafiz ibn Həcər onunla bu məsələdə razılaşmışdır.
Şeyx Albani əl-Silsilə əl-Daifə (280) əsərində demişdir: Bunun (hədisin) heç bir əsası yoxdur.
Şeyx ul-İslam ibn Teymiyyədən Allah ona rəhmət etsin soruşmuşdurlar: “Sən olmasaydın, ALLAH ərşi və yaxud kürsünü və ya yeri, göyləri, günəşi və ayı, başqa şeyləri yaratmazdı” hədisi səhihdir, yoxsa səhih deyil?
O belə cavab vermişdir: Muhəmməd sallallahu aleyhi və səlləm Adəm oğullarının rəhbəridir (seyyididir), məxluqatın ən yaxşısı, üstün və ən fəzilətlisidir. Belə ki, bəzi insanlar deyir ki, Allah kainatı ona sallallahu aleyhi və səlləm görə yaratmışdır və yaxud o olmasaydı Allah ərşi və ya kürsünü, yeri, göyləri, günəşi və ya ayı yaratmazdı.
Lakin, peyğəmbərdən sallallahu aleyhi və səlləm rəvayət olunan bu hədis nə səhihdir, nə də zəif. Bu hədisi peyğəmbərdən sallallahu aleyhi və səlləm hər hansı bir hədis alimi rəvayət etməmişdir. Nə də səhabələrdən belə bir şey bəlli deyil. Daha doğrusu bu məchul, bəlli olmayan, bilinməyən bir kəsin sözləridir. (Məcmuu əl-Fətəəvə, 11/86-96)
Daimi Komitəyə (Səudiyyə Ərəbistanı) belə bir sual vermişdirlər:
Allah göyləri və yeri peyğəmbəri sallallahu aleyhi və səlləm xəlq etmək məqsədilə yaratmışdır söyləmək olar? “Sən olmasaydın, kainat xəlq olunmazdı” hədisinin mənası nədir? Bu hədisin hər hansı bir əsası varmı?
Onlar bu cür cavab vermişdir:
Səmalar və yer peyğəmbərin sallallahu aleyhi və səlləm xatirinə yaradılmamışdır. Daha doğrusu onları Allah təala aşağıdakı ayədə bildirdiyi məqsəd üçün yaratmışdır:
Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm (Öz əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz deyə, (Allahın) əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar. (Əl-Talaq 65:12)
Zikr olunan hədisə gəldikdə, bu hədisi batilcəsinə, yalan ilə peyğəmbərə sallallahu aleyhi və səlləm istinad edirlər və bunun heç bir möhkəm əsası, səhih əsası yoxdur.
Fətəəvə əl-Ləcnə əl-Daimə,1 /312
Bu hədis haqqında Şeyx ibn Bəzzdən soruşmuşdurlar və o demişdir:
Bunun cavabı odur ki, bunu anlayışı, fəhmi olmayan bəzi adi insanların sözlərindən nəql etmişdirlər. Bəzi insanlar dünyanın Muhəmməd sallallahu aleyhi və səlləmin xatirinə xəlq edildiyini və Muhəmmədə görə olmasaydı, dünya xəlq edilməzdi və insanlar yaradılmazdı” deyirlər. Bu yalandır, batildir və heç bir əsası yoxdur. Bunlar təhrif olunmuş sözlərdir. Allah dünyanı Özünün tanınması və Ona ibadət edilməsi üçün yaratmışdır. O dünyanı yaratdı və insanları da xəlq etdi ki, Onun ad və sifətləri, Onun qüdrəti və elmi bilinmiş olsun və heç bir şərik olmadan, ibadətdə olan şərik qoşmadan yalnız Ona ibadət edilsin, Ona itaət edilsin-Muhəmmədin sallallahu aleyhi və səlləm xatirinə və yaxud Nuh, Musa və ya İsa, yaxud digər peyğəmbərlərin xatirinə görə yox. Daha doğrusu ALLAH kainatı yaratmışdır ki, ibadətdə ona şərik qoşmadan, heç bir şəriksiz yalnız Ona ibadət edilsin.
Fətəəvə Nur alə əl-Darb, 46
Muhammad Saleh əlMunəccid
Tarix: 06.04.2013 / 15:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 191 Bölmə: Maraqlı melumatlar