Sual: Gündüz sünnət namazlarını əda etməyən və gecə isə ümumiyyətlə bunları qılmayan kəslərə nəsihətiniz nədir?
Sizin bu sualınıza Rəsulullahın sallallahu aleyhi və səlləm hədisindən daha məşhur nəsihət ola bilməz. Rəsulullah sallallahu aleyhi və səlləm demişdir:
“Qiyamət günü qulun hesaba çəkiləcəyi ilk şey namaz olacaq. Əgər bu (namaz) naqis olarsa, belə deyiləcək: “Onun nafilə namazları varmı?”. Nafilə namazları olsa o zaman onlar o boşluğu dolduracaq və beləcə onun namazları və həmçinin əməllərinin qalanları qəbul olunacaqdır” (Ət-Tirmizi, Əbu Davud, Ən-Nəsai və digərləri toplamışdır, bax. Sahih əl-Camis-Sağir va Ziyədə N:2020)
Rəsulullahdan sallallahu aleyhi və səlləm İbn Ömərin radiyallahu anhu gördüyü yuxu haqqında soruşdular, o dedi: “Abdullah ibn Ömər gecə namazlarını qıldığı müddətcə necə də yaxşı insandır” (Sahih əl-Buxari N: 1122 (3/10 Fəthul-Bari).
Deməli, o halda nafilə namazlarını, onlardan ən mühümü Vitr namazı və gündüz-gecə vaxtlarının sünnətlərini daima qılmaq müsəlmanlar üçün ən əhəmiyyətli məsələlərdəndir. Çünki, ey müsəlman, sən onların vasitəsilə fərz namazlarında olan xətaları əvəz edirsən.
Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə bəlli etmişdir ki, bir kəs namaz qılır, lakin ona bunun savabını yarısı yazılır, biri namaz qılır ona yalnız üçdə biri yazılır və başqa biri namaz qılır ona savabın dörddə biri yazılır... (Bax Sahih Sunən Əbi Davud N: 796)
Bunun mənası budur ki, insanlar əksər vaxtlarda namazlarında xətalar edirlər, halbuki o namazları qılmaq və onları kamil şəkildə tamamlamaq onlara vacibdir. Yaxşı, doğrudanmı sən bütün namazlarını tam və kamil şəkildə Şəriətə müvafiq olaraq əda edirsən?
O halda, nafilə namazlarını davamlı şəkildə əda etməyə fikir ver, Vitr namazını və nafilə namazlarını qılmağa diqqət yetir. Rəvayət olunur ki, İmam Əhməd rahiməhullah Vitr namazını daima qılmayan insan haqqında: “O şərli insandır, onun şahidliyi qəbul edilmir” buyurmuşdur.
Elə isə, o zaman bir Müsəlman onun ibadət etməsinə mane olan bir işi olmadığı halda necə tənbəllik edərək nafilə namazlarını tərk edə bilər? Şübhə yoxdur ki, o özünün bol xeyirdən məhrum olmasına və böyük savab qazanmaq fürsətini əldən buraxmağına səbəb olmuşdur. Halbuki bunları əda etmək və davamlı şəkildə qılmaq üçün asudə vaxtı olmuşdur.
Allahdan diləyim budur ki, bizləri və onu bağışlasın və rəhm etsin.
Rəsulullah sallallahu aleyhi və səlləm buyurur: “Əsr namazından əvvəl dörd rəkət namaz qılana Allah rəhm etsin” (Sahih Sunən Əbi Davud N 1270).
Sən bu namazı, yəni əsr namazından əvvəl dörd rəkət, qılmasan, o zaman Peyğəmbərin sallallahu aleyhi və səlləm bu namazı əda edənlər üçün etdiyi duadan özünü məhrum etmiş olacaqsan.
Rəsulullah sallallahu aleyhi və səlləm demişdir: “Gündüz və gecə boyunca kim on iki rəkət namaz qılarsa, onun üçün Cənnətdə saray tikiləcək” ( Sahih Sunən Əbi Davud N 1250)
Ravatib (Fərz namazlarından əvvəl və sonra qılınan müəkkəd (təkid olunan) və qeyri-müəkkəd sünnətlər) namazlarını tərk etsən və on iki rəkət namazları qılmasan, özünü bu savabdan məhrum etmiş sayılırsan.
Nafilə namazların əksəriyyətinin Rəsulullahın sallallahu aleyhi və səlləm təsvir etdiyi kimi özünəməxsus böyük savabı, fəzilətləri var. Belə olduğu halda, ey müsəlman, sən axı necə bu fürsəti əldən verirsın və bu barədə narahat olmursan?
Cavab: Muhəmməd Umar Bazmul, Məkkədə Ummul-Qura Universitetinin müəllimi
Tarix: 11.04.2013 / 20:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 233 Bölmə: Maraqlı melumatlar