Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arslanşah Qəznəvi

Arslanşah Qəznəvi - Qəznəvilərin on üçüncü sultanı. Qardaşı Şirzad Qəznəvini məğlub edərək 22 fevralda taxta çıxmışdı. Bu dövrdə qardaşı Bəhramşah Qəznəvi ona qarşı üsyan etdi. Arslanşah Qəndəhar yaxınlığında qardaşını məğlub etsə də ona köməyə gələn dayısı Sultan Səncər tərəfindən məğlub edildi. 1117-ci ildə Arslanşahın ordusunda fillərin olmasına baxmayaraq 30.000 süvarilik və 50.000 piyadalıq Səlcuqi ordusuna qarşı gələ bilmədi və məğlub olaraq Hindistana qaçdı. Sultan Səncərin Qəznəni Bəhramşaha verib getməsindən sonra Arslanşah Hindistandan ordu ilə geri döndü və Bəhramşahı bir daha qovaraq hələ bir il də hakimiyyətdə qaldı. Sultan Səncər geri dönərək Arslanşahı edam etdirdi və Bəhramşah bundan sonra vassal olaraq sultanlığa davam etdi.


Tarix: 01.03.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 134 Bölmə: Dunya ve tarixi
loading...