Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

On üç il müharibəsi

Əsas məqalə: On üç il müharibəsi

On üç il müharibəsi 1722-1735-illərdə Səfəvilər ilə Hotaki, Rusiya, Osmanlı arasında baş verən müharibədir. Səfəvilər ilə Hotakilər arasındakı müharibə nəticəsində Səfəvilər Qəndəhar, Xorasan əyalətləri itirdi. 1722-ci ildə Hotakilər Gülnabad döyüşündə Səfəviləri məğlub etdikdən sonra paytaxt İsfahanı da ələ keçirdi. Bu vaxt Rusiya və Osmanlı Səfəvilərin kifayət qədər zəiflədiyini görürdü. Nəhayət 1722-ci ildə Rusiya, 1723-cü ildə Osmanlı Səfəvilərə qarşı müharibəyə başladı. Bununlada yüz minlələ insanın ölümünə səbəb olan On üç il müharibəsi başladı. Rusiya 1722-1723-cü illərdə apardığı hərbi əməliyyatlar nəticəsində Dərbənd, Bakı, Lənkəran, Rəşt əsasən Xəzər dənizinin Səfəvilərin nəzarətində olan sahillər ələ keçirildi. 1723-1726-cı illərdə Osmanlıların apardığı hərbi əməliyyatlar nəticəsində Çuxursəəd, Qarabağ, Təbriz, Həmədan bəylərbəylikləri ələ keçirdi. Səfəvilərin nəzarətində yalnız Mazandaranın bir qismi qalmışdı. Artıq Səfəvilərin tam çökdüyünü zənn edən həmin dövlətlər Səfəvilər dövlətinin ərazisini öz aralarında bölüşdürdülər. 1724-cü ildə Osmanlı ilə Rusiya arasında bağlanmış İstanbul müqaviləsi, 1727-ci ildə Osmanlı ilə Hotakilər arasında imzalanmış Həmədan sülhü Səfəvilər imperiyasının bölüşdürülməsini rəsmiləşdirdi.

Bu hadisələr baş verən zaman Səfəvilərdə şah II Təhmasib hakimyyətdə idi. O bu vəziyyətdən çıxmaq üçün Fətəli xan Qacarı qorçubaşı təyin etdi. Fətəli xan Qacarın rəhbərliyi ilə keçirilən hərbi əməliyyatlar nəticəsində müəyyən ərazilər geri alındı. 1726-cı ildə digər qızılbaş sərkərdəsi Nadir xan Əfşar ordunun komandanlarından biri oldu. Onlar birgə çox uğurlu əməliyyatlar keçirdilər. Amma 1726-ci ildə Fətəli xan Qacar ilə Nadr xan Əfşar arasında yaranan ixtilaf nəticəsində Fətəli xan Qacar öldürüldü. Həmin il Nadir xan şah II Təhmasib tərəfindən qorçubaşı təyin edildi.

1728-1729-cu illərdə Nadir xan Hotakiləri məğlub edərək İsfahanı, Kirmanı, Xorasanı geri aldı. 1729-cu ildə Damğan döyüşündə Hotakiləri məğlub etdikdən sonra bütün Xorasanı azad elədi. Hotaki dövlətini məğlub etdikdən sonra Nadir xan 1730-cu ildə Osmanlılara qarşı hərbi əməliyyatlara başladı. Həmin il Həmədan, Marağa, Təbriz və digər ərazilər geri alındı. Amma Hotaki dövlətinin Herata hücum etdiyini eşidən Nadir xan Osmanlılara qarşı apardığı əməliyyatları təxirə salıb, Hotakilərə qarşı yürüş etdi. Öz nüfuzunu qaldırmaq istəyən şah II Təhmasib Nadir xanı gözləmədən Osmanlılara qarşı əməliyyata başladı. Amma məğlub edildi və geri alınmş əraziləri itirdi. 1732-ci ildə şah Osmanlı ilə Kirmanşah sülhünü bağladı. Nadir xan Hotakilərə qarşı yürüşdən qayıdandan sonra şah II Təhmasibi hakimyyətdən saldı və Kirmanşah sülhünü tanımadı. Səfəvilərin əvvəliki qüdrətini bərpa etdiyini görən Rusiya 1732-ci ildə Rəşt sülhü ilə Kür çayından cənubda olan əraziləri Səfəvilərə geri qaytardı. Nadir xanın 1733-1735-ci illərdə apardığı əməliyyatlar nəticəsində Bağdad, Üçmüədzin döyüşlərində Osmanlı məğlub edildi və 1723-cü ildən Osmanlı tərəfindən işğal edilmiş ərazilər geri alındı. Nəhayət 1735-ci ildə Gəncə sülhü Rusiya tərəfindən, Osmanlı ilədə sülh nəticəsində 1722-ci ildən işğal edilmiş bütün torpaqlar Səfəvilərə geri qaytarıldı.


Tarix: 01.03.2013 / 20:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 289 Bölmə: Dunya ve tarixi
loading...