Əsas məqalə: Böyük Səlcuq İmperiyası
Böyük Səlcuqlarda mərkəz təşkilatı, dövlətin bütün işlərini idarə edən orqandır. O, bugünkü nazirliklərə bənzəyən divanlardan təşəkkül olunardı. Hər divanın başında “Sahibi-Divan” ünvanını daşıyan və bugünkü dildə desək bir nazir olardı. Nazirlərin hamısı bir araya gəldiyi zaman böyük divanı (Nazirlər Kabineti) təşkil edirdilər. Elə həmin böyük divanın sədri də bugünkü təbirlə baş nazirdir (vəzir). Demək olar kı, vəzir eyni zamanda nazirlər kabinetinin sədrliyini də yerinə yetirir.
Böyük Səlcuqların bir davamı olan Anadolu Səlcuqlarında da vəzir, vəzifə və səlahiyyət baxımından onlar kimi idi. Ancaq Başqa əyalətlər olmadığı üçün başqa vəzir də yox idi. Anadolu Səlcuqlarında vəzir, Sultandan sonra ən böyük və məsul dövlət adamı idi. Əskəri və texniki işlər bir tərəfə qoyularsa digər bütün idari işlərə o, məsul idi.
Tarix: 01.03.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 106 Bölmə: Dunya ve tarixi