Əlqas mirzə Şah İsmayıl oğlu Səfəvi, Əlxaz mirzə, Əlqasib mirzə (?-?)—Səfəvi şahzadəsi, Şirvan vilayətinin bəylərbəyi.Mündəricat
1 həyatı
2 İstinadlar
3 Həmçinin bax
4 Xarici keçidlər
həyatı
Şahruxun dövründə (1535-1538) Şirvan əmirlərinin özbaşınalığı həddini aşmışdı. Bundan istifadə edən I Təhmasib Şirvan vilayətini işğal etmək məqsədilə 1538-ci ilin yayında qardaşı Əlqas mirzənin başçılığı ilə 20 minlik qoşın göndərir. Şirvan alınaraq Səfəvilərin əyalətinə çevrilir. Əlqas mirzə Şirvana bəylərbəyi təyin edilir. Beləliklə Azərbaycanın həm cənubu, həm də şimali bir dövlətin tərkibinə daxil olur. Bu isə ölkənin həm iqtisadi,həm də mədəni hayatına müsbət təsir edir. I Təhmasib 1540-cı ildə Bakını, 1541-ci ildə Tiflisi tutur.
1547-ci ildə Əlqas mirzə özünü müstəqil hökmdar elan etməyi qərara alaraq qardaşına qarşı qiyam qaldırır. Bu qiyamda Əlqas Mrzəyə Krım xanı da kömək edirdi. Lakin o, məğlub olaraq Türkiyəyə qaçır. Şahın oğlu İsmayıl Mirzə (II İsmayıl) Şamaxıya bəylərbəyi təyin edilir. Onun dövründə və onu əvəz edən Abdulla xan dövründə Şirvanda baş verən bütün qiyamlar yatırıldı və Səfəvilərin hakimiyyəti burada daha da gücləndi. 1551-ci ildə I Təhmasib Şəkiyə tərəf hücum edir. Bu vaxt Şəki hakimi Dərviş Məhəmməd Gələrsən-Görərsən qalasında möhkəmlənir. Qeyri bərabər döyüş Səfəvilərin qələbəsi ilə başa çatır.
1548-1549 –cu illərdə Türklər yenə ölkəmiz üzərinə hücumlara başladılar. Bu yürüşlərdə Əlqas Mirzə də iştirak edirdi. Türklər yenə Təbrizi ələ keçirirlər. 1555-ci ildə Təhmasib paytaxtı Qəzvinə köçürür. Həmədan tərəfdən hücum edən Əlfas mirzə məğlub olaraq əsir düşür. Lakin Təhmasib onu öldürməyərək, ömürlük Qəhqəhə qalasına salır.
Tarix: 01.03.2013 / 20:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 264 Bölmə: Dunya ve tarixi