Şeyx Səfiəddin Ərdəbilinın etnik mənşəyi məsələsi indiyədək tarixçilər arasında mübahisə mövzusu olmuşdur. Bu məsələni aydınlaşdırmağın mürəkkəbliyi onunla ələqədardır ki, Səfəvilərin uzaq əcdadları barədə məlumatları özündə əks etdirən yeganə mənbə Təvəkkül ibn İsmayıl ibn Bəzzazın "Səfvət əs – səfa" ("Saflığın saflığı") adlı agioqrafik əsəridir. Səfəvi tarixçilər Şeyx Səfiəddini yeddinci şiə imamı İmam Museyi-Kazımın 21-ci nəslindən hesab edirdilər. Lakin Əhməd Kəsrəvi "Səfvət əs – səfa" əsərinin müqayisəli tədqiqi ilə məşğul olmuş və belə bir nəticəyə gəlmişdir ki, Səfəvilərin əcdadları heç də seyidlər (Məhəmməd peyğəmbərin) nəslindən olanlar deyillər və onların nəsil şəcərəsini sonralar Səfəvi tarixşünasları uydurmuş və İbn Bəzzazın əsərinin mətninə daxil etmişlər.[7] Əhməd Kəsrəvi Şeyx Səfinin ərəblərlə əlaqəsinin olmadığını sübut etdikdən sonra onu türk də hesab etmir və kürd mənşəli olduğunu söyləyir. Digər İran müəllifləri onun Səfəvilərin kürd mənşəli olduğu barədəki ehtimalını şəksiz həqiqət kimi qələmə verir və bununla da bütün Səfəvilər sülaləsini iranlılaşdırmağa səy göstərirlər. Bəzi Avropa müəllifləri də bu fikiri müdafiə edirlər. Türk müəllifi Zəki Vəlidi Toqan da Səfəvilərin mənşəyinə həsr olunmuş məqaləsində onların kürd mənşəli olduğunu əsaslandırmağa cəhd göstərir, "kürd əsilli şeyxin" nəslinin sonradan "tamamilə türkləşdiyini" yazır.[8]
Lakin V.V.Bartoldun sülalənin türk mənşəli olması barədə söylədiyi fikir daha mötəbərdir və mənbə məlumatları ilə təsdiq edilir. Alim bu sülalənin eponimi və banisi Şeyx Səfiəddin və onun nəslindən bəhs edərkən göstərirdi ki, "bu Ərdəbil şeyxləri, şübhəsiz, fars deyil, türk mənşəlidirlər"[9] İ.P.Petruşevski də eyni fikri söyləmişdir: "İlk Səfəvi şeyxləri Ərdəbildə yaşamışlar, onların doğma dili Azərbaycan dili (Azərbaycan türk dili – tarixçi Nazim Xəlilov.) olmuşdur"[10][11] Hanna Sohrveydə görə "Səfvət əs-Səfa" əsərində hamı Səfiyə türk kimi müraciət edir: "Ey piri-türk" (ey türk müqəddəsi), "türk gənci", "türk oğlu" və bu səbəbdən də onun türk olduğu şübhə doğurmur[12] M. Abbaslı Şeyx Səfiəddinin türk mənşəli olması haqda zəngin material toplamışdır.
Səfəvilər sülaləsinin əzəldən kürd, yaxud İran mənşəli olması haqqındakı ehtimal daha mötəbər mənbələrin məlumatlarına əsaslanmır. Həm də Şeyx Səfiəddinin türk etnosuna mənsub olması, çətin ki, şübhə doğura bilər.[13]
Səfəvilər dövlətinin Azərbaycan dövləti olduğuna dair daha bir sübut verilən fərmanların və diplomatik yazışmaların Azərbaycan dilində olmasıdır. Buna sübut olaraq tapılmış əsl sənədləri göstərmək olar.
Şah İsmayılın Musa Durgutoğluna fərmanı.
Şah Təhmasibin II Sultan Səlimə məktubu
Osmanlı sultanı Süleyman Qanuninin I Şah Təhmasibə məktubu
I Şah Təhmasibin Zeynalabidin Əli Əbdi bəyin "Təkmilatül-əxbar" əsərinin yazılması haqqında fərmanı
Məhəmməd Xudabəndinin Osmanlı sultanı III Sultan Muradın sərkərdəsi Fərhad Paşaya məktubu
I Şah Səfinin Avstriya imperatoru və Macarıstan kralı II Ferdinanda məktubu
I Şah Səfinin Rusiya çarı Mixail Romanova məktubu
II Şah Abbasın Şirvan bəylərbəyisi Hacı Mənuçöhr xana məktubu
Şah Sultan Hüseynin Sakson şahzadəsi və Polşa kralı Frixdrix Avqusta məktubu.
Tarix: 01.03.2013 / 20:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 336 Bölmə: Dunya ve tarixi