Goruslar — qədim türk tayfası. "Alban tarixi"ndə VIII əsr hadisələri ilə əlaqədar olaraq Qafqaz Albaniyasında Qoroz qalasının adı çəkilir. Bu qalanın adı indiyədək Ermənistanda Qoris (əslində Gorus) formasında qalmışdır. Qoroz toponimi Koros (orta əsrlərdə Gorus) adının ermənicə yazılışıdır, çünki "Alban tarixi" bizə qədim erməni dilində gəlib çatıb.
Tədqiqat göstərir ki, Qoroz toponimi təhrifə uğramış şəkildə Xurs və Xoruz kimi də mövcuddur. Naxçıvandakı Xurs və Tərtər rayonundakı Xoruzlu kəndlərinin adları ilə Gorus toponimi eyni mənşəlidir. "VII əsr erməni coğrafiyası"nda Albaniyanın şimal-şərqində Xorsvem ("Xors qayası") toponimi qeyd olunur. Ərəb mənbələrində isə həmin yer Xursan qalası adlandırılır.
Bu qala indiki məşhur Çıraqqaladır (Dəvəçi rayonu). Həmin Xursan toponimi də mənşəcə yuxarıda göstərdiyimiz Qoroz (Gorus), Xurs və Xoruz adları ilə eyni mənşəlidir. Bu barədə biz qabaq yazmışıq. [1]
Azərbaycanın Zəngəzur əyalətinin tərkib hissəsi olan Gorus mahalı indi Ermənistan ərazisindədir. Lakin keçən əsrdə Ermənistanda azərbaycanlıların yaşadığı bir kənd Qors adlanırdı, demək yuxarıda haqqında danışdığımız qoros,xoros tayfası Ermənistan ərazisində də qədimdən yaşamışdır.
Tarix: 28.02.2013 / 21:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 292 Bölmə: Dunya ve tarixi