Alp Təkin (962-963) - Qəznəlilər dövlətinin qurucusu.
Alp Təkin(Söyüt müzeyi)Mündəricat
1 Həyatı
2 İstinadlar
3 Həmçinin bax
4 Xarici keçidlər
Həyatı
Qəznəvi dövlətinin qurucuları Alp Təkin və məxsusən Səbük Təkin adlarında prəns və şahzadə mənasına gələn "təkin" unvanı vardır. Bu unvanın hökümdarın oğlu və qardaşlarına verilən bir unvan olduğu və bu da onların seçgin və yuxarı siniflərə aid insanlar olduqlarını göstərməkdədir. Zatən Beyhəqi Alp Təkinin babasının Quzganan hakimi olduğuna işarət etməkdə və bu da Alp Təkinin bir şahzadə və ya əmirzadə olduğunu göstərməkdədir. Samanoğullarının Qaraxanlılarla çox savaşdıqları və bir neçə dəfə onları məğlub etdikləri bilinməkdədir. Sübək Təkin`in də bu savaşlarda əsir düşmüş bir Qaraxanlı şahzadəsi vəya əmirzadəsi olduğu təxmin edilməkdədir. Zatən məharətləri və becərikli olması da buna bir subut sayılır. Corfadeqani yarım cümlədə onun Türk soylu bir qulam olduğunu yazdıqdan sonra ən az yarım səhifədə onun məharətləri və xislətlərindən yazmaqdadır: "Əmir Naserəddin Səbuktəgin ğolami bud Torki nejad, Məxsus be feyze elahi, arasteh beh ayine səltənət və padeşahi. Ruz kuşeş çun şire hameh ənf, gah bəxşeş çun əbr kərəm və lotf, hengame daad çun bade cəhəndeh bər qəvi və zəif, və çun aftabe tabəndeh bər vəzii və şərif, be hemmət çun dərya keh dər dəheş əz kaheş nəyəndişəd, dər təhəvvor çun seyl keh əz şib-o fəraz nəpərhizəd, rəye u dər zolməte həvades çun setareh rəhnoma, və tiğe u dər məfasele əda (doşmənan) çun qəza gerehgoşa, asare nəcabət və şəhamət dər şəmayele u roşən-o peyda, və dəlayele yomn və səadət dər sukun və hərəkəte u hoveyda".
Burada diqqəti iki nöqtə çəkməkdədir. "Tanrı`nın inayətinə haiz və hökümdarlıq və padışahlıq ayinini bilməsi`. Burada böyük ehtimal ki Türklərin qut inancı nəzərdə tutulmaqdadır. Qut, allahın hökümdara verdiyi siyasi hakimiyət gücüdür və o olmadan hökümdar taxtda qalabilməz. Bu güc hökümdar ailəsində təcəlli edər və məmuli, normal insanlarda görülməz. Zatən Alp Təkin`in ölümündən qıssa zaman sonra Sübək Təkin`in taxta çıxabilməsi, onun qabaqcadan şahzadə olması və bu gücün də onda təzahür etməsiylə açıqlana bilər. Bu da onun hökümdar ailəsinə mənsub olduğunu və seçgin sinifdən gəldiyini göstərməkdədir. Bunu başqa faktlar da dəstəkləməkdədir. Alp Təkin`in xidmətinə girdikdən qıssa bir zaman sonra onun qabiliyətləri gün ışığına çıxmış və böyük rütbələrə yüksəlməyə başlayaraq Qəznə şəhri valisi olmuşdur. Alp Təkin də Samani hökümdarı Əbdülməlik`in sarayında "haciblər hacibi" məqamına haiz idi. və çox güclü olmasından və hər işdə sözü geçməsindən ötürü saraydan uzaqlaşdırılmış və Xorasan valiliyinə təyin olmuşdur. Sonra o məqamdan da alınaraq öldürülməsinə çalışılmış və O da Qəznəyə gedərək orda yarı müstəqil bir dövlətin əsaslarını qoymuşdur.
13 sentyabr 963-cü ildə ölən Alp Təkinnin yerinə[1] önce oğlu Ebu İshak İbrahim, daha sonra da Alp Təkin kimi qulam olan Bilge Təkin və Səbük Təkin keçdi.
Tarix: 01.03.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 346 Bölmə: Dunya ve tarixi