Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Osmanlı-Səfəvi müharibələrinin başlanması

Osmanlı İmperiyasının Azərbaycanı işğal etmək planı II Mehmed və II Bəyazid dövründə baş tutmadı.[Mənbə göstərin] Azərbaycan sultanları[Mənbə göstərin] Uzun Həsən və Yaqub onları dayandırıdı və sülhə məcbur etdi. Ancaq osmanlılar niyyətlərindən əl çəkmədilər. 1512-ci ildə taxta çıxan I Səlim Avropa dövlətləriylə sülh bağladı və bütün qüvvələrini Azərbaycana qarşı səfərbər etdi. Sultan Səlim Ədirnədə fövqaladə divan çağırdı. Bu divanda sünni üləmalar Qızılbaşları (şiələri) kafir elan etdilər və onlarla müharibənin doğru olduğuna fətva verdilər. Daha sonra I Səlimin əmriylə Anadoluda 40-70 min arasında şiə qılıncdan keçirildi. 1514-cü ildə Osmanlı ordusu I Səlimin rəhbərliyi ilə Səfəvilərin ərazilərinə daxil oldu. Lakin Şah İsmail Osmanlılara qarşı bir başa əməliyyata kecmədi və ordular uzun müddət qarşılaşmadi.Belə olduqda şah 1514-cü ildə Çaldıran düzündə Osmanlı ordusunu qarşıladı.Döyüşun taleyini Osmanlı yeniçəriləri həll etdi və onlarin qətiyyəti sayəsində Osmanlılar zəfər qazandı. Döyüş nəticəsində Qızılbaşlar məğlub oldular və Osmanlılar Təbrizi tutdular. Ancaq əhalinin müqaviməti və Səfəvi ordusunun toplanması sultanı 6 gün sonra Təbrizi tərk etməyə məcbur etdi. Sultan Şərqi Anadolunu ələ keçirdi və İstanbula döndü. Elə bu vaxt Azərbaycana artilleriya gətirməli olan [Mənbə göstərin] Portuqaliya İran körfəzinə hücum etdi və Səfəfvilərin Hind okeanına çıxısını bağladı. Şah bəzi qızılbaşları cənuba, portuqaliyalılara qarşı vuruşmağa, Qara xanı isə Diyarbəkiri almağa göndərdi. Amma Qara xan 1516-cı ildə Qoçhisarda məğlub olaraq öldürüldü. Həmçinin portuqaliyalıları körfəzdən çıxarmaq mümkün olmadı.


Tarix: 01.03.2013 / 19:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 219 Bölmə: Dunya ve tarixi
loading...