Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ərdəbil şeyxliyindən Azərbaycan şahlığına

1499-cu ilin avqustunda, Şeyx Heydərin 13 yaşlı oğlu İsmayıl LahicandanƏrdəbilə yola düşəndə onu yeddi nəfərdən ibarət ən yaxın şəxslər müşayiət edirdi; Hüseyn bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə (Dədə bəy), Xadim bəy Xüləfa, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Ayğut oğlu Xunuslu və Qarapiri bəy Qacar. Onlar Deyləmdən keçib Taroma gəldilər. Taromda sayı 1500 nəfərə çatmış qızılbaş qüvvələrinə baxış keçirildi. Nəticə etibarilə, İsmayıl Gilandan birbaşa Ərdəbilə gəlməyib, cənuba və cənub-qərbə doğru-Xalxal tərəfə dolama yolla kiçik bir dövrə vurdu. QışıƏrcivanda keçirdi. Qızılbaş rəhbərlərinin müşavirəsində Kiçik Asiyaya Ərzincana hərəkət etmək qərarı verildi. Ərzincanda İsmayılın bayraqları altında türkdilli şamlı, ustaclı, rumlu, təkəli, zülqədər, əfşar, qacar, varsağ tayfalarından, həmçinin “Qaradağ sufilərindən” ibarət 7000 qazi toplandı. 1500-cü ildə Cabanı döyüşündə Fərrux Yasarı, 1501-ci ildə Şərur döyüşündə Əlvənd Mirzəni məğlubiyyətə uğratdı.


1501-ci ildə Təbrizə daxil olan İsmayıl özünü şah elan etdi. Təbrizə daxil olmanın ilk günlərindən, yəni 1501-ci ilin payızında islamın şiə təriqəti, dəqiq deyilərsə, imamilər (on iki imamın – ər "isna əşəri") təriqəti dövlət dini elan edildi. 1503-cü il iyunun 21-də baş verən Almaqulağı döyüşü Murad Mirzənin məğlubiyyəti və Səfəvilərin tam qələbəsi ilə nəticələndi.


Tarix: 01.03.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 136 Bölmə: Dunya ve tarixi
loading...