Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hunlar

Hun Türkləri və ya qısaca Hunlar bir Türk halkıdır. Qədim tayfalar konfederasiyasına verilən addır.[1] Hunlar 4 yerə ayrılırdı.[2] Şərqdə yaşayan Göy Hunlar, şimalda yaşayanlar Qara Hunlar, cənubda yaşayanlar Qırmızı Hunlar, qərbdə yaşayanlar isə Ağ Hunlar adlanırdı.Mündəricat
1 Areal
2 Tarixi
3 Davamçıları
4 Mənbə
5 Həmçinin bax
6 Xarici keçidlər


Areal

Mərkəzi Asiyanın tarixinə dərin təsir göstərmiş qüdrətli köçəri xalqlardan biri də türk mənşəli hunlar olmuşlar. Hunların əsas yaşayış yerləri Mərkəzi Monqolustan və Transbaykalda olan hündür düzənliklər idi. Onların başçısı Mete xan e.ə. 209-cu ildə şərqə doğru hərəkət edərək Mancuriyanı, sonra şimala Böyük göl adlanan Baykalın cənubunu, Yenisey çayının yuxarı axınlarında yerləşən Tuva çökəkliyini, qərbdə Altay dağlarını, İrtış (qeyd:əsil adı türkcə "Erdişi" olan çay adının "İrtış" ruslar tərəfinən dəyiştirilmiş formasıdır) vadisini, cənubi Ural çöllərini tutmuşdur. Sonrakı illərdə hunlar Avropanın içərilərinə qədər gedib çıxmışlar. Qərbi hunlar Qara dəniz və Azov dənizi sahillərində məskən salmış və Dunay boyu əraziləri mənimsəmişlər. B.e. V əsrinin əvvəllərində hunlar Dunay sahillərində möhkəm dövlət yaradırlar və Atillanın başçılığı ilə 452-ci ildə hətta İtaliyaya gedib çıxmışlar. Şərqdə isə Çin hunlarla ticarət əlaqələrini genişləndirmək üçün e.ə.156-cı ildə "sərhəd bazarları" açırdı. Beləliklə, e.ə. II-I əsrlərdə hunlar şərqdə Böyük Xinqana söykənən, qərbdə İrtış vadisinə çatan, şimalda Baykal gölündən başlayıb cənubda Qobi səhrasına qədər uzanan bir imperiya yaratmışlar. Ona görə də bütün əsaslarla deyə bilərik ki, Mərkəzi Asiyanın şimal hissəsini – Monqolustanı, Qərbi Sayanları, Altayı, Transbaykaliya və Baykal gölünün ilk kəşfçiləri məhz hunlar olmuşdur.

Tarixi

Hunlara aid ilk tarixi mənbələr Çin mənbələridir. E.ə. 244-cü ildə adı çəkilən hunlar Çin sərhədlərinə axınlar edirdilər. Buna görə 29 il sonra Sin Şi Xuandi Böyük Çin Səddini çəkdirdi. Sin Şi Xuandinin əmrilə hunlara hücum edən Menq Tyan adlı general hun hökmdarı Tumanı məğlub edərək qovur. Teomandan sonra taxta keçən Mete xaqan hakimiyyətinin ikinci ilində şərq qonşuları olan Tunqhuların torpağını işğal edərək konfederasiyanınn tərkibinə qatdı. E.ə. 202-ci ildə Çində Xan sülaləsi hakimiyyətə keçdi. Xan sülaləsindən ilk hökmdar olan Qao-tszu hunlara qarşı 400.000 nəfərlik orduyla yürüş edərək Peteng dağı yaxınlığında pusquya düşdü. 7 gün ac-susuz mühasirədə qalan imperator məcbur olub sülh bağladı. Sülhün şərtlərinə əsasən imperatorun qızı həmişə hun imperatoru ilə evlənəcəkdi. [3] Bu sülh şəraiti 60 il çəkdi. 176-cı ildə Qansunu işğal edən hunları vusunları burdan qovdular. Eramızdan əvvəl 133-cü ildə yenə müharibə baş verdi. Bu dəfə Xan sülaləsinin yeddinci imperatoru Vu Mete xanın nəvəsi Günçeni tələyə salmaq istəsə də hunlar tələdən qaçmağı bacardılar. Növbəti müharibə 14 il sonra baş verdi. Bu döyüşdə sayca az olan Hunlar böyük məğlubiyyətə uğradılar. Eramızdan 60-cı ildə Hunlar arasında vətəndaş müharibəsi baş verdi, taxta 4 namizəd vardı. Bu namizədlərin hamısı öldürüldü. Yerdə qalan tək namizəd olan Çiçi də hakimiyyətə iddia edirdi, qardaşı Huxanye isə Çindən kömək istədi. Həlledici döyüşdə Roma İmperiyasından əsir götürülmüş əsgərlərdən yardım alan Çiçi məğlub edildi. Eramızın 24-cü ilində Huduerşi xan hunları yenidən qüvvətləndirdi. Oğlu Panu dövründə yenidən vətəndaş müharibəsi baş verdi və Qara Hunlarla Göy Hunlar ayrıldılar. Hunların son hökmdarı olan Huçuquan 215-ci ildə devrildi. Ondan sonrakı hun hökmdarları barədə çox məlumat bəlli deyil. Çünki çinlilər hunları artıq təhlükə saymırdılar. Hunlar beş tayfaya bölündü.

Davamçıları
Xan Çao imperiyası və Hu Çao imperiyası - Huçuquanın qardaşı nəvəsi Yuanxay tərəfindən qurulmuşdu. Luanti qəbiləsinin idi.
Hsia imperiyası - Yuanxayın əmisi nəvəsi Liu Bobo tərəfindən qurulmuşdu. Tiefu qəbiləsinin idi.
Şimal Lianq krallığı - Yuqu qəbiləsinin idi. Menksun tərəfindən qurulmuşdu.
Kidar imperiyası - Ki qəbiləsinin idi. 320-ci illərdə I Kidara tərəfindən qurulmuşdu.


Tarix: 28.02.2013 / 21:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 575 Bölmə: Dunya ve tarixi
loading...