Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Balkan müharibələri

Balkan muharibələri — Osmanlı Dövlətinin 4 balkan dövlətinə qarşı 1912-1913-cü illərdə apardığı muharibə (8 oktyabr 1912 - 29 sentyabr 1913). Muharibənin əsl səbəbi Bolqarıstanla Serbiyanın Balkanlarda artan fəaliyyəti olmuşdur.

Tarixi

1911-ci ildə İtaliya Osmanlı imperiyasına müharibə elan etdi və tezliklə Tripolini və Dodekanis adalarını işğal etdi. Bununla osmanlılar sıxışdırıldı, Bolqarıstan, Serbiya və Yunanıstan Türkiyəyə qarşı müharibədə öz qüvvələrini birləşdirdirdilər. Onlar Osmanlı ərazisindəki bəzi əraziləri işğal etməyə ümid edirdilər. Türkiyə tezliklə məğlub edildi, lakin Serbiyanın güzəştə getməsinə ümid bəsləyən bolqarlar Makedoniyanı ələ keçirməyə iddia etdilər. Beləliklə, birinci Balkan müharibəsindən sonra, 1913-cü ildə ikinci Balkan müharibəsi baş verdi. Bu müharibədə Serbiya, Yunanıstan, Rumıniya və Osmanlılar Bolqarıstanın üzərinə hücum edərək onu məğlub etdilər. Adriatik dənizi üzərində dağlıq ölkə olan Albaniya əsasən müsəlman əhalisinə malik olmaqla bərabər həm də Avropanın ən geridə qalmış regionu idi. Serblər hər iki Balkan müharibəsində onun bir hissəsini işğal etdilər, lakin yunanlar da onun digər hissəsinə iddia edirdilər. Sülhü qoruyub saxlamaq üçün böyük dövlətlər müstəqil Albaniya krallığının yaranmasının tərəfdarı idilər. Balkan müharibələri döyüşən bütün tərəfləri müharibənin nəticələrindən narazı saldı, bütün bunlar 1914-cü ildə serb millətçiləri tərəfindən Avstriya taxtının vəliəhdi hersoq Ferdinandın öldürülməsi və Birinci Dünya müharibəsinin başlanması ilə nəticələndi.


Tarix: 28.02.2013 / 21:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 446 Bölmə: Dunya ve tarixi
loading...