Bəylərbəyi — Səfəvilər dövründə əyaləti idarə edən vali.
Tarixi
V.Minorski güman edir ki, bəylərbəyilik I Şah Abbas Səfəvinin hakimiyyəti dövründə meydana gəlmişdir. Оnun fikrincə, həmin vaxta qədər Səfəviлər dövlətini hakimlər idarə etmişlər. Halbuki bu termin və institut qabaqkı dövrlərdən mövcud idi.
Azərbaycan bu dövlətin tərkibində Cənubi Azərbaycan (paytaxtı Təbriz), Qarabağ (paytaxtı Gəncə), Şirvan (paytaxtı Şamaxı) və Çuxursəəd (paytaxtı İrəvan). Əyalətlərə mərkəzdən, şah tərəfindən təyin olunan bəylərbəyi başçılıq edirdi. Bəylərbəyilərin əsasən xan titulu olurdu. Əyalətlər vilayətlərə bölünürdü.Azərbaycan əyalətinin tərkibində Qaradağ, Ərdəbil, Urmiya və başqa vilayətlər vardı. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü.Qəzalara hakim və qazı başçılıq edirdi.Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı. Nayiyələrə bəylər başçılıq edirdilər. Nahiyələr kənd və obalara bölünürdülər.Bu inzibati ərazilərə yerinə görə kədxuda, kovxa, yüzbaşı rəhbərlik edirdi. Əyalətlərdə olan ellərə yerinə görə elxanlar, elbəyilər, minbaşılar başçılıq edirdilər. Oymaqları kələntər adlanan oymaqbəyiləri idarə edirdilər. Bəylərbəyilik çox zaman irsi idarəçilik hüququna malik idi. Azərbaycanı (Cənubi Azərbaycanı) Türkmanlar, Qarabağı Qacarlar, Şirvanı Ustaclılar, Çuxursəədi isə Ustaclılar və Qacarlar idarə edirdilər. Bəylərbəyi əyalətin hakimi, silahlı qüvvələrin baş komandanı olduğuna görə xüsusi qızıl kəmər, zərli çalma, xalat, tuğ və təbil daşıyırdı.
Tarix: 01.03.2013 / 19:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 246 Bölmə: Dunya ve tarixi