Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Teuşpa

Teuşpa — Eramızdan əvvəl 679 – 678-ci illərdə assur mənbələrində Teuşpa kimi göstərilən çarın başçılığı ilə kimmerlər Assuriya ərazisinə girirlər. Lakin qanlı vuruşmada kimmerlər məğlub olurlar. Çar Teuşpa döyüşdə öldürülür.

İranşünaslar bu çarın adını İran məvşəli hesab edərək, onun "tava aspa" sözlərindən olduğunu və "güclü (tablı) at" mənasını verdiyini yazırlar [1] Əslində isə bu ad qədim türk dillərindəki tuş "qızıldan düzəldilmiş bəzək" və ya "varlı" sözlərindən ibarətdir. Onda bu ad "qızıl bəzəkləri ilə varlı" mənasını verir; görünür, o, doğulanda valideynləri onun gələcəkdə çoxlu qızıl əşyalara malik olması arzusu ilə ona bu adı vermişlər. Demək, qədim assur yazısındakı Teuşpa əslində türk mənşəli Tuşbay adının fonetik şəklidir. Müqayisə üçün deyək ki, türkdilli Kuban bulqarlarını bir başçısı VIII əsrdə Batbay adlanırdı ki, bu da qədim türk dillərindəki batu "qiymətli daş-qaş" və bay "varlı" sözlərindən olmaqla, "daşqaşla varlı" deməkdir. Oxucu yəqin ki, indi də Orta Asiyada yaşayan türk xalqlarında "bay" sözü ilə bitən şəxs adlarının geniş yer tutduğunu bilir.

Bəlkə də Teuşpa əslində Tuzbay adının fonetik şəklidir ki, bu da qədim türkdillərindəki tuz ("düz", "doğrucul") və bay ("bəy", "knyaz", "tayfa başçısı") sözlərindəndir. Hər iki halda bu çarın adı türkcədir.


Tarix: 28.02.2013 / 21:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 194 Bölmə: Dunya ve tarixi
loading...