III Şah İsmayıl Əbu Turab (fars. شاهاسماعیل سوم), III İsmayıl Səfəvi, Şah İsmayıl Seyid Murtuza oğlu Səfəvi – İran şahənşahı, Səfəvilər dövlətinin XIII hökmdarı. Faktiki olaraq heç bir qüvvəsi olmamışdır. Dövləti onun adından Kərim xan Zənd idarə etmişdir.Mündəricat
1 Həyatı
2 Qalereya
3 İstinadlar
4 Ədəbiyyat
5 Həmçinin bax
6 Xarici Keçidlər
Həyatı
Şah İsmayıl 1733-cü ildə anadan olmuşdur. Sultan Hüseynin nəslindəndir, atası Seyid Murtuza Mirzə, anası Səfəvi hökmdarı Sultan Hüseynin qızı Məryəm bəyimdir.
1747-ci ildə Nadir şah öldürüldükdən sonra İranda və Azərbaycanda hakimiyyət uğrunda mübarizə başlandı. İranın cənubunda isə özlərinə Şiraz şəhərini paytaxt seçən fars Zəndlər sülaləsi hakimiyyət uğrunda mübarizə aparırdı. Onlara çox gözəl aydın idi ki, Nadir şahın öldürülməsinin və Əfşarlar İmperiyasının parçalanmasının ən böyük səbəblərindən biri də məhz Səfəvilər sülaləsi amili idi ki, Kərim xan Zənd və Əli Mərdan xan Bəxtiyari də bundan məharətlə istifadə etdilər. Belə ki, 1747-1749-cu illərdə Əfşar Xanədanlığı özü də dərin siyasi böhran keçirirdi. Hakimiyyət uğrunda mübarizələr və daxili çəkişmələr nəticəsində dövlət zəifləmişdi. Bu sülalənin hakimyyəti yalnız Xorasanda mövcud idi. 1749-cu il dekabr ayında saray çevrilişi nəticəsində Şahrux İran şahlığından məhrum edildi və 19 yanvar 1750-ci ildə hakimiyyətə, II Süleyman şah Səfəvi adı ilə Mir Seyid Məhəmməd gəldi. Lakin az sonra 1750-ci ilin mart ayında saray çevrilişi nəticəsində II Süleyman şah Səfəvi devrildi və hakmiyyətə yenidən Şahrux şah Əfşar gəldi. Bu hadisələrlə eyni vaxtda 1750-ci il yanvarın 19-da İsfahana daxil olan Əli Mərdan xan Bəxtiyari və Kərim xan Zənd tərəfindən hakimiyyətə III Şah İsmayıl adı ilə 17 yaşlı İsmayıl gətirildi. Və əslində (hüquqi olaraq) İranda Səfəvilər sülaləsinin hakimiyyəti bərpa olundu. Lakin İsmayılın heç bir real gücü və hakimiyyəti yox idi. Belə ki, dövləti onun adından vəkil adı ilə Kərim xan Zənd idarə edirdi. Əslində Zəndlər və Bəxtiyarilər III Şah İsmayıldan xalqı yatışdırmaq və öz hakimiyyətlərini rəsmi etmək üçün istifadə edirdilər. Onu isə İranın cənubunda Abadan şəhərində qalada həbsdə tuturdular və o, heç bir vəzifəsini icra edə bilmirdi. Əli Mərdan xan Bəxtiyari öldürüldükdən sonra isə Kərim xan Zənd, tək başına İranın cənubunu idarə edir və bu dövrdə yenə də III Şah İsmayıl qalada həbsdə saxlanılırdı. 1773-cü ildə isə III Şah İsmayıl İranın cənubunda Xuzistan vilayətindəki Abadan şəhərində həbsdə vəfat etdi.
Tarix: 01.03.2013 / 19:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 279 Bölmə: Dunya ve tarixi