Tuqdame — Kimmerlərin bu çarı eradan əvvəl 640-cı ildə Midiya çarının ordusunu məğlub etmiş və Manna ərazisində saklara da başçılıq etmişdir.
İranşünaslar bu adı osetin dilində "qüvvə ilə bəzəyən" (rus dilində "украшайуший силой") kimi izah edirlər. [1]. Assur mənbələrində Tuqdame kimi yazılan bu adı yunan müəllifi Strabon Liqdamis kimi vermişdir [2]. əgər adın sonunu təşkil edən "is" hissəsi yunan dilində əlavə olunmuş şəkilçi deyilsə, ondan güman etmək olar ki, çarın əsl adı Tuqdamis olmuşdur ki, bu da türk mənşəli Toktamış (Qızıl Orda dövlətinin XIV əsrdə başçısı olmuş məşhur Toxtamış xanın adını xatırlayın) adı ilə eynidir. Toxtamış türk dillərində (o cümlədən Azərbaycan dilində) olan toxta "səbr et", "tələsmə", "dayan" sözündən və -mış şəkilçisindən ibarət olmaqla körpənin sağ qalması, yaşaması, ölməyə tələsməməsi arzusu ilə valideynləti tərəfindən verilən addır. Belə strukturlu şəxs adları qədim türk xaqanları və əmirləri üçün səciyyəvidir.
Qədim türklərdə oğlan uşağına advermə mərasimi
Qədim türklər min illər boyu müharibələr, hərbi yürüşlər, başqa xalqlarla toqquşmalar şəraitində yaşamışdır. Ona görə də oğlan uşaqlarının gələcəkdə igid, bahadır, yaxşı atıcı, mətanətli, sağlam, vuruşqan, qüvvətli, adlısanlı, həm də tabeliyində olanlara qarşı mərhəmətli, ağıllı, nəhayət, qızıl və daşqaşla varlı olması arzusu ilə valideynləri onlara bu sifətləri bildirən adlar qoyurdular.
Əgər bu çarın adı assur dilində qeyd olunan formada, yəni Tuqdame olmuşsa, onda onun qədim türk dillərindəki tuq "döyüş bayrağı" (belə bayraq müqəddəs sayılırdı) və tomay "sipər" və ya toma "bəzək" sözlərindən ibarət olduğunu güman etmək olar. Belə halda Tuqdame əslində Tuqdomay "tuq-sipər", ya da Tuqtoma "tuqun bəzəyi" (məcazi mənada "döyüşdə əlində tuq tutan") mənasındadır. Qədim türk xaqanları içərisində Tuq-Teqin (teqin "şahzadə" deməkdir), Tuk-Temir, Tukluk və s. adlarını daşıyan xaqanlar məlumdur.
Tarix: 28.02.2013 / 21:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 513 Bölmə: Dunya ve tarixi