Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kimmerlər

Kimmer – qədim türk ellərindən biridir. Mənbələrin verdiyi məlumata görə kimmerlər Şimali Qara dəniz hövzəsindən köç edərək Azərbaycanda və Şərqi Anadoluda məskunlaşmşdılar.Herodotun yazdığına görə,e.ə. VIII əsrdə Şərqdən Qara dənizin Şimal çöllərinə-kimmerlərin ölkəsinə skiflər gəlmişdilər.Kimmerlər onlarla toqquşmaqdan çəkkinmiş,yığışıb Cənubi Qafqaza,oradan da Kiçik Asiyaya köç etmişdilər.Q.Qeybullayev qeyd edir ki,bu məlumatda skif deyildikdə,konkret hansı etnosun nəzərdə tutulduğu bəlli deyil.Çünki,antik müəlliflərin əsərlərində skif konkret bir etnosun adı deyildi.Herodotun kimmerlər ("kimmer" sözün qədim yunan dilinə uyğunlaşdırılmış formasıdır) adlandırdığı bu türk etnosunun əsil adı isə Kəmər,yaxud da Qəmər kimi bərpa edilə bilər.İlk dəfə qədim yunan şairi Homer bu adı kimmer kimi işlətmiş,sonrakı müəlliflər də bu ənənəyə sadiq qalmışdır.Deməli qədim yunan tarixçiləri kəmər yaxud da qəmər etnonimini kimmer kimi tələffüz edirdilər.[1]

Tədqiqatçılara görə,kimmerlər Qara dənizin Qərb sahili tərəfdən,ya da Dəryal keçidindən Cənubi Qafqaza,Kür-Araz vadisinin Qərb hissəsinə,Azərbaycan-Gürcüstan sərhəd zonasına gəlmiş,lakin burada çoz dayanmayaraq Qərbi Azərbaycan (indiki Ermənistan) zonasına getmişlər.Qədim gürcülər kimmerləri "pəhləvanlar" adlandırırdılar.(İ.M.Dyakonov,Midiya tarixi,səh.123) O zamanlar Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində haylar (erməni bu xalqa kənardan vermə addır və əslində ərmənlər də bir türk elidir) yaşamırdılar və bu ərazinin əsas sakinləri türk mənşəli və Qafqaz dilli xalqlar idilər.Lakin bu ərazinin böyük bir hissəsi Urartu dövlətinin (e.ə. IX-VII əsrlər) nəzarəti altında idi.E.ə. 715-ci ildə kimmerlər Urartu ordusu ilə toqquşurlar.Qanlı döyüş nəticəsində kimmerlər qalib gəlirlər.

Kimmerlərin bir qismi Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindən köç edərək Kiçik Asiyada məskunlaşır.Çünki onları Şimali Qara dəniz çöllərindən qovan skiflər (Q.Qeybullayev antik tarixçilərin burada skif adı altında sakları nəzərdə tutduğunu qeyd edir) ardlarınca Cənubi Qafaza gəlmişdilər.Kiçik Asiyaya köç edən kimmerlər burada Frigiya dövlətinin varlığına son qoyurlar.( Bəzi tədqiqatçılara görə haylar məhz frig tayfalarından biri idilər)Bu dövlətin tabeliyində olan və Hayasa adlı vilayətin sakinləri olan haylar (indiki ermənilər) qaçmağa üz qoyurlar və bütün Kiçik Asiyaya səpələnirlər.

Kimerlərin bir hissəsi isə Kiçik Asiya ərazisindən Manna dövləti ərazisinə keçir.Sonrakı əsrlərdə isə kimmerlər yerli türklər-mannalar və madaylarla qaynayıb qarışırlar.Onların adları isə Kəmər,Kəmərli və Qəmərli kimi toponimlərdə qorunub saxlanır.

İlkin tədqiqatlar dövründə kimmerlər İrandilli etnos sayılırdı. İ.M.Dyakonov qeyd edirdi ki,"kimmer" adı bu etnosa kənardan verilmiş adıır və İran dillərində "həmişə hərəkətdə olan" anlamındadır.Belə çxır ki,bu etnosun əsl adı məlum deyil.Q.Qeybullayev isə qeyd edir ki,kənardan verilmə olduğu halda kimmer adı toponimlərdə əks oluna və qoruna bilməzdi.Sonrakıı araşdırmalar kimmerlərin həqiqətən də türk etnosu olduğunu sübut etdi.Kimmerlərin türk mənşəli olduğunu sübut edən bir neçə dəlil var:

1)"Kəmər" etnonimi qədim türkcə kam (qam) –şaman və bir sıra türk tayfa adları üçün (avar,bolqar,qacar,sabar,xəzər və s) üçün səciyyəvi olan "ər" – kişi,ər,döyüşçü sözlərindəndir.Bu fikir ilk dəfə F.Cəlilov tərəfindən irəli sürülmüşdür.Qeyd etmək lazımdır ki,kəmər etnoniminin birinci komponenti olan "kəm","qam" sözü başqa türk tayfa adlarının da kökünü təşkil edir:Kamak (Azərbaycanda Qaymaqlı kəndlərinin adlarında qalmışdır),kaman,yaxud kuman (rus ənbələrində poloves adlandırılırlar),kamat (kumat) və s.

2)Q.A.Melikişvili yazır ki,kimmerlər Qafqaz Albaniyasının Qərbində də yaşamışlar.(Q.A.Meliişvili,Qədim Şərq mənbələri Cənubi Qafqaz xalqlarının tarixi haqqında,Tiflis,1954) Q.Qeybullayev isə qeyd edir ki,Cənubi Qafqaza gələn kimmerlərin bir hissəsi Azərbaycan respublikasının Qərb bölgəsində,Gürcüstanda və indiki Ermənistan respublikası ərazisində daimi məskunlaşmışdılar.Qazax – Borçalı bölgəsində Böyük və Kiçik Kəmərli,Kəmərqaya,Qəmərli kəndlərinin adları da bu tayfa ilə bağlıdır.XIX əsrin sonlarında Qafqazda Kəmərli adlı yeddi kənd məlum idi.Kimmerlər Qərbi Azərbaycan (indiki Ermənistan) toponimikasında da öz izlərini qoymuşlar.İrəvan yaxınlığında orta əsrlərdə Qumri,Qəmri adlı türk kəndləri məlumdur.Hay mənbələrində bu toponim Kumayr kimi xatırlanır.Erməni tarixçisi Y.A.Manandyan yazır ki,"kumar" toponimi ("y" səsi erməni dilində əlavə olunmadır,kumar isə kamarın fonetik formasıdır.) kimmer etnonimini əks etdirir.Türkiyə ərazisində də Kəmərli toponimləri məlumdur.Güney Azərbaycanda Qaşqay tayfasının bir qolu Qəmər adlanır.Bütün bunlar sübut edir ki,antik müəlliflərin kimmer kimi işlətdikləri qəmər və ya kəmər etnonimi kənardan verilmə ad deyil,özünüadlandırmadır.Bu etnonimin kəmər yaxud da qəmər formasında olmasını onun Assur mənbələrində Qamer kimi yazılması da sübut edir.(İ.M.Dyakonov,Assur-Babil mənbələri Urartu tarixi haqqında,1951)


3)Kimmerlərin çar adları da (çar sözü qədim türkcədə "sər" – hökmdar sözündəndir və slavyanlar da bu sözü qıpçaqlardan mənimsəmişlər) türk mənşəlidir:

Teuşpa – tədqiqatçıların bəziləri İran dillərində tava-aspa "güclü at" kimi mənalandırırdılar.Lakin sonradan məlum oldu ki,ad qədim türkcə "tuş" – qızıl bəzək və "bay" varlı sözlərindəndir. Tuşbay kimi səslənmiş bu ad "qızıl bəzəyi olan" mənasındadır.Ata-ananın uşaq böyüyəndən sonra qızıl bəzək sahibi olması arzusunu ifadə edir.

Tuqdame – Əvvəlcə osetin dili əsasında "qüvvəsi ilə bəzəyən" kimi izah edilirdi.Sonradan məlum edildi ki, ad qədim türkcə "tur" – döyüş bayrağı və "tomay" – bəzək,yaxud "tumay" –sipər sözlərindəndir.Ad ümumilikdə "döyüş bayrağını bəzəyən" anlamındadır.Adın birinci komponenti olan "tuq" sözü qədim türklərdə hakimlərin adları üçün səciyyəvidir.Türkeşlərin 738-739-cu illərdəki xaqanı Tuk-Varsen (yəni tuqsan,tuqun özüsən ) adını daşıyırdı.XIII əsrdə monqollar içərisində Tukluk,Tuk-Teymur və b. Adlarla da müqayisə edilə bilər.

Sandakurru – Assur dilində "r" səsi qoşalaşdırılmış və adın sonuna adlıq hal şəkilçisi olan "-u" əlavə olunmuşdur.Əsl forması isə Sandakur kimi bərpa edilir.Türkcə "san" –ad,şan-şöhrət sözü, "-da" (-la) şəkilçisi və "kür" – möhkəm,səbatlı sözlərindəndir.XIII əsrdə monqollarda Handakur,Çingiz xanın nəvəsi Sankur, Cuci xanın oğlu Şinkur şəxs adları ilə müqayisə edilə bilər.İ.M.Dyakonov Sandakurru formasını izah edə bilməmiş. Sandakşatra formasını isə İran dillərində "Tanrı Sandonun hakimiyyəti" kimi yozmuşdur. Lakin bu variant elmdə qəbul edilməişdir. Ən azından ona görə ki,İran xalqlarında Sando adlı tanrı məlum deyil. [Q.Qeybullayev]] qeyd edir ki,adın Sandakşatra formasında olduğunu qəbul etsək belə bu formada türk dilində izah edilir:Sanda-şanlı,Şat-şahzadə və Ər-kişi,igid.

Güney Azərbaycan ərazisində kimmer etnonimi kamar,komar,kəmər və qomar formalarında iki Komar, Kəmər, Kəmərdaran, iki Kamara, Kamarabad,Qemar, Qamarabad, Kamare,Kəmər-binə, Kamare-pain, Kamare-siyah, Kamaran və b. Yaşayış məntəqələrinin adlarında qalmışdır.Göstərilən kəndlərin hamısının əhalisi Azərbaycan türkləridir.

İ.M.Artamanovun fikrincə,kimmerlər sonra Ön Asiyadan geriyə-Şimali Qara dəniz hövzəsinə də köç etmişlər.Lakin Güney Qafqazda və Güney Azərbaycanda kimmer etnonimini əks etdirən toponimlərin mövcudluğu göstərir ki,kimmerlərin bir hissəsi burada daimi məskunlaşmışdı.

Qeyd etmək lazımdır ki,Ön Asiyanın və Cənubi Qafqazın qədim xalqları haqqında e.ə. VII əsrdə tərtib olunmuş və Bibliyada da əksini tapmış şəcərə cədvəlində kəmərlərin adı Qomer kimi çəkilir.Bu göstərir ki,kimmerlər e.ə. VII əsrdə Ön Asiyada nüfuzlu etnos sayılırdı.Qafqaz albanlarından olan tarixçi Moisey Kalankatlının qədim xalqlara aid şəcərə cədvəlində də Maday və Aşkenaz (Sak) etnosları Qəmər etnosu ilə əlaqəli verilmişdir:"Yafətin oğlu Qəmər,onun oğlu Maday,onun oğlu Aşkenaz,onun oğlu Sarmat."(Alban ölkəsinin tarixi,I kitab,II fəsil)

Kimmerlərin bir hissəsi isə Krımın dağlıq ərazisində (bəzi tədqiqatçılara görə əsasən Kerç yarımadasında) yaşamışdır.Herodotdan başlayaraq antik mənbələrdə onlar tavrlar,onların ərazisi isə Tavrida adlanmışdır.Həmin mənbələrdə tavrlar yaylaq maldarlığı ilə məşğul olan xalq kimi səciyyələndirilir.Onlarda Foanta adlı hökmdar adı da məlumdur ki,bu da qədim türklərdə Tuvantay adının qədim yunan dilində təhrif edilmiş formasıdır.


Tarix: 28.02.2013 / 21:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 843 Bölmə: Dunya ve tarixi
loading...