Əsas məqaləs: Səfəvi-Osmanlı müharibəsi (1578-1590) və Səfəvi-Osmanlı müharibəsi (1723-1732)
1524-cü ildə Şah I İsmayıl vəfat etdi və oğlu Təhmasib şah oldu. Şah I Təhmasibin hakimiyyəti dövründə 1528-ci ildə özbəklər Xorasana hücum etdilər. Həmin il şah ordusuyla şərqə doğru hərəkət etdi və özbəkləri Herat yaxınlığında darmadağın etdi. Şahın şərqə səfərindən istifadə edən Luristan bəylərbəyi Zülfüqar xan üsyan qaldırdı və 1528-ci ildə Bağdadı aldı. Bununla əlaqədar şah Bağdadı mühasirəyə aldı və həmin il Bağdadı üsyançılardan təmizləyib Məhəmməd xan Türkməni Bağdad bəylərbəyi təyin etdi. 1531-ci ildə Təbriz bəylərbəyi Üləma xan Təkəli xəyanət edərək öz əsgərləriylə Osmanlıya qaçdı. Daha sonra Üləma xan Sultan I Süleymanı Azərbaycana yürüşə təhrik etdi. 1534-cü ildə Osmanlı ordusu Azərbaycan sərhədlərini keçdi. Şah I Təhmasib Qəzvinə çəkildi və sultanla sülh bağlamaq üçün öz elçisini göndərdi, ancaq sultan onun təklifini qəbul etmədi. Qışın yaxınlaşmasıyla sultan Azərbaycanı tərk etdi və Bağdadı ələ keçirdi. Bu arada şah sultanın Bağdadı almasına qarşı Van və Qarsı mühasirəyə aldı. Sultan Üləma paşanı Vana göndərdi, lakin Üləma məğlub olub qaçdı və beləliklə Van və Qars ələ keçirildi. Buna cavab olaraq sultan 1535-ci ildə Azərbaycana daxil olub Təbrizi aldı. Şah yenə də danışıq üçün cəhd etdi, lakin bu cəhd nəticəsiz qaldı. Daha sonra sultan əhalinin müqaviməti və orduda baş verən aclıq üzündən Azərbaycandan çəkildi. Bundan istifadə edən şah ölkənin birləşdirilməsini davam etdirmək üçün 1538-ci ildə qardaşı Əlqasın rəhbərliyiylə 30 minlik ordunu Şirvanı tabe etmək üçün göndərdi. Əlqas 1538-ci ildə Şirvanşahlar dövlətinin bütün qalalarını ələ keçirdi, Şirvan bəylərbəyliyə çevrildi və Əlqas Şirvanın ilk bəylərbəyisi oldu. Lakin Əlqas 1541-ci ildə qardaşina xəyanət edərək müstəqillik üçün mübarizəyə başladı. Bununla əlaqədar Şah I Təhmasib Şirvana daxil oldu və bütün qalaları özünə tabe etdi. Əlqas isə Krıma, oradan da İstanbula qaçdı və Üləma paşayla birlikdə öz vətəninə qarşı yürüşlərdə iştirak etdi.
1546-cı ildə Budaq xan Qacar şahdan əmr alaraq tabeliyindəki əsgərlərlə Baburilərin hakimiyyətində olan Qəndəharı Azərbaycan sərhədlərinə qatdı. 1548-ci ildə Sultan I Süleyman 3-cü dəfə Azərbaycana hücum etdi və Təbrizi aldı, lakin sultan yenə də Azərbaycanda möhkəmlənə bilmədi və ölkəni tərk etdi.
1550-ci ildə Şah I Təhmasib sultana elçi göndərərək sülh təklif etdi, amma sultan yenə də bu təklifi qəbul etmədi. Belə olduqda şah 1552-ci ildə Van, Qars, Vostan və Ədilçəvazı ələ keçirdi. Şahzadə İsmayıl Ərzurum yaxınliğında İsgəndər paşanı məğlub etdi və Ərzurumu tutdu. Sultan I Süleyman 1554-cü ildə sonuncu dəfə Azərbaycana hücum etdi, ancaq bu dəfə də uğur əldə edə bilmədi. Əhalinin müqaviməti, Qızılbaşların ardıcıl qələbələri sultana Azərbaycanı ələ keçirməyə imkan vermədi və 1555-ci ildə Amasyada Osmanlı Azərbaycan sülh müqaviləsi bağlandı. Müqaviləyə görə şərqi Anadolu, İmeretiya, Quriya, Ərəb İraqı Osmanlıya, Kartli, Kaxetya və Mesxiya Azərbaycana verildi. Bundan sonra şah şərqə döndü. Belə ki, əfqan əmiri Şirxan Baburi hökmdarı Humayun şahı məğlub edərək Hindistanı ələ keçirmiş və Humayun şah Azərbaycana sığınmışdı. Humayun şahın kömək üçün müraciətinə cavab olaraq şah 12 minlik ordunu Budaq xan rəhbərliyində ona verdi. Qızılbaşlar əfqanları ölkədən qovub çıxardılar və Humayun şah yenidən hakimiyyəti ələ keçirdi.
Tarix: 01.03.2013 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 271 Bölmə: Dunya ve tarixi