Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gülfəm Xatun

Gülfəm Xatun - (ö. 1561 və ya 1562, İstanbul), Osmanlı Sultanı Qanuni Sultan Süleymanın həyat yoldaşı, cariyə mənşəlidir.

Yılmaz Öztuna, Gülfm Xatunun 1511-ci ildə Qanuni Sultan Süleyman ilə evləndiyini və ikinci yoldaşı olduğu söylənməkdədir. 1521-ci ildə Şahzadə Mehmedlə eyni ildə dünyaya gələn oğulu yenə eyni il 12 oktyabr 1521-ci ildə çiçək xəstəliyindən vəfat edən Şahzadə Muradın anasının da Gülfəm Xatun olduğunu ifadə edir. Gülfəm Xatunun, I Süleymanın Xürrəm Sultanın ardından üçüncü həyat yoldaşı olduğunu söyləyən Çağatay Uluçay isə, 1561-ci və ya 1562-ci ildə, I Süleymanın əmriylə öldürüldüyünü də ifadə edər. Bu iddia məzar daşında yazan "şəhidəs-i səidə" ("müqəddəs şəhid" mənasını verər) ifadəsindən qaynaqlansa da, müxtəlif səbəblər nəticəsində ölənlərin məzar daşlarında da şəhid ifadəsinə rast gəlinməkdədir.

İstismarı 1561ıci ildə tamamlanan və tamamilə öz təcrübələriylə inşa etdirdiyi Üsküdardakı Gülfəm Xatun Məscidi ilə məktəb və türbəsi və 34 otaq, 11 ev, 6 dükan, 1 bağça və soba tikdirmiştir. Ancaq 1930-cu ildə yol çəkilişi işlərində türbə və məktəb sökülmüşdür.

Gülfəm Xatunun məzarı isə, indiki vaxtda minarəsiz və sadə bir damla örtülü olan məscidin bağçasında yerləşir.

2003-cü ildə yayımlanan "Xürrəm Sultan" adlı Türk televiziya seriyalında Gülfəm Xatun rolunu Yasəmən Kozanoğlu canlandırıb.

2011-ci ildən etibarən yayınlanan "Muhteşem Yüzyıl" adlı Türk serialında isə Gülfəm Xatun rolunu Selen Öztürk canlandırmaqtadır.


Tarix: 28.02.2013 / 21:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 314 Bölmə: Dunya ve tarixi
loading...