Sandakşatru (e.ə 639-cu il) — Kimmerlərin çarı Tuqdamenin oğlu. [1]
"Sandakşatru" adının mənası haqqında
Bu şəxsin adında qədim fars dilindəki "xşadra" "hakimiyyət" sözü axtarırlar, lakin adın əvvəlindəki "Sanda" hissəsini izah edə bilmirlər150. Əslində isə bu ad türk dillərindəki san "ad-san", "şan", "şöhrət", dək "kimi", "elə bil", "sanki" (Azərbaycan dilində də "dək" sözü bu mənadadır: məsələn, "igid tək", yəni "sanki igid"), şat "şahzadə" və ər "igid", "bahadır" sözlərindən ibarət mürəkkəb addır. Demək, bu şəxsin əsl adı Sandakşatər olmuşdur ("Sandakşatru" adındakı "u" səsi assur dilində yer və adam adlarının sonuna adlıq halda əlavə olunan şəkilçidir). Beləliklə, bu ad "Sanlı (şanlı) şahzadə – igid kimi" mənasını verir.
Sandakşatru çar sülaləsindən idi və o, doğulandan sonra qanuni olaraq vəliəhd sayıldığı üçün valideynləri ona belə ad qoya bilərdilər. Bu adın türk mənşəli olduğunu və onun əvvəlində məhz qədim türk mənşəli san "ad-san", "şan-şöhrət" sözünün durduğunu söyləməyə əsas verən faktlar vardır. Erkən orta əsrlərdə Cənubi Rusiya çöllərində hun tayfa ittifaqına daxil olan türkdilli kuturqurların çarı Sandil adlanırdı.
Qafqaz Albaniyasında IV əsrin əvvəllərində Sanesan və Sanatürk adlı əmirlər qədim erməni mənbələrində qeyd olunur. Çingiz xanın övladları içərisində Sankur (qədim türk dillərində kür "cəsarətli", "cüssəli", "təlatümlü", "çılğın xasiyyətli" və s. deməkdir.) adı da çəkilir. Qaraqalpaq və başqa Orta Asiya türk xalqlarına məxsus "Alpamış" [2] dastanının bir qəhrəmanı Sandaqaç (əslində Sandıqoç, yəni "adlı-sanlı qoç") adlanır. "Şat" sözü Midiyada bəzi çar və hakim adlarında da vardır. Məsələn, Midiyanın Kizilbunda əyalətinin Uraş qalasının hakimi assur mənbələrində Pirişati adlanır. E. A. Qrantovski bu adı qədim fars dilində pari "əvvəl", "qabaq", və şiyati "sülh", "əmin-amanlıq", "sevinc", "şad" sözləri ilə əlaqələndirir və onu fars mənşəli Pərizad şəxs adı ilə müqayisə edir151. Halbuki Pərizad ancaq qadın adıdır və "Pəri doğulmuş" deməkdir.
Tarix: 28.02.2013 / 21:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 285 Bölmə: Dunya ve tarixi