Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səfəvilər imperiyası

Səfəvi İmperiyası — 1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, cənubi Türkmənistan və şərqi Türkiyə ərazilərini əhatə etmiş tarixi Türk dövləti. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə[3] qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan Qızılbaşlar ordusunun nüvəsini türkdilli tayfalar təşkil etmişdir.[4] Səfəvilər dövləti həmçinin müasir Azərbaycan milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır.

Azərbaycan XVII əsrdə[5]Mündəricat
1 Səfəvi sülaləsi
2 Ərdəbil şeyxliyindən Azərbaycan şahlığına
3 İran, İraq və Şərqi Anadolunun tabe edilməsi
4 Osmanlı-Səfəvi müharibələrinin başlanması
5 Səfəvi-Moğol müharibələrinin başlanması
6 Gürcüstanın tabe edilməsi
7 Osmanlı-Səfəvi müharibəsinin II dövrü
8 Osmanlıların və özbəklərin Azərbaycana qarşı birgə hücumu
9 I Şah Abbasın islahatları
10 On üç il müharibəsi
11 Səfəvilərin süqutu
12 Səfəvi sülaləsinin mənşəyi haqqında
13 Səfəvi İmperiyasında azərbaycanlı-türk tayfalar
14 Rəsmi dil
15 Mədəniyyət
16 Şəkillər
17 Səfəvi dövləti xəritələrdə
18 Səfəvi bayraqları
19 Səfəvi sikkələri
20 İstinadlar
21 Ədəbiyyat
22 Xarici keçidlər
23 Həmçinin bax


Səfəvi sülaləsi

Səfəvi adı Şah İsmayılın babası Şeyx Səfiəddindən gəlir. Şeyx Səfiəddin Gilandakı Şeyx Zahid Gilaninin tələbəsi olmuş və o öldükdən sonra zahidiyyə təriqətini səfəviyyə təriqətinə çevirmişdi. Şeyx Cüneyd 1459-cu ildə Şirvana hücum etdi və Samur çayı sahilində məğlubiyyətə uğradı, özü isə öldürüldü. Daha sonra hakimiyyətə keçən Şeyx Heydər bu mübarizəni davam etdirdi. Şeyx Heydər dövründə onun müridləri qızılbaş adlanmağa başladı. Buna səbəb onların şiə olduqlarını bildirmək üçün başlarına 12 zolaqlı qırmızı çalma qoymaları idi. Şeyx Heydər 1483, 1487 və 1488-ci illərdə Şirvana və Dağıstana hücumlar etdi. Sonuncu səfərdə Şeyx Heydər Dərbənd yaxınlarında Şirvanşah Fərrux Yasar və Ağqoyunluların birləşmiş qoşununa məğlub oldu və öldürüldü[6]. Qızılbaşlar Ərdəbilə döndülər. Bu mübarizə daha sonra Şeyx Əli və nəhayət, Şeyx İsmayıl tərəfindən davam etdirildi.


Tarix: 01.03.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 498 Bölmə: Dunya ve tarixi
loading...